CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Badamdarda sürüşmə fərdi tikililərə doğru irəliləyir

© REPORTBayıl yamacında sürüşmə zonası, arxiv şəkli
Bayıl yamacında sürüşmə zonası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb

BAKI, 18 oktyabr — Sputnik. "Badamdar – 20-ci sahə yolun sağ kənarında sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib". Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Bildirilib ki, uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub. Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur. Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib.

Sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub. Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb.

Xəbər lenti
0