07:50 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Sial Paris beynəlxalq ərzaq sərgisi, arxiv şəkli

Parisə gedirik, Parisə

© FB / SIAL Paris
CƏMİYYƏT
Qısa URL
22 0 0

Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edəcək

BAKI, 18 oktyabr — Sputnik. 21-25 oktyabr tarixlərində Fransanın paytaxtı Parisdə “Sial Paris” beynəlxalq ərzaq sərgisi işə başlayacaq.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sərgidə İqtisadiyyat Nazirliyinin  və Azərbaycanın Fransa Respublikasındakı səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun  (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay və digər  məhsulların istehsalı ilə məşğul olan 23  Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edəcək.

Sərgi çərçivəsində yerli şirkətlərin nümayəndələri Parisdə fəaliyyət göstərən kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorlarla görüşlərdə iştirak edəcək, potensial müştərilərlə  ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.

Qeyd edək ki, dünyanın 109 ölkəsindən 7020 şirkətin  iştirak edəcəyi  “Sial Paris” sərgisi Avropanın ən irimiqyaslı ərzaq məhsulları sərgilərindəndir.

Əlaqədar

Bakının azad olunmasının 100 illiyinə həsr olunmuş sərgi açılacaq
Bakıda beynəlxalq konfrans və sərgi olub
Cümhuriyyətin ilk paytaxtı və son istehkamında tarixi sərgi
Qidalarla maraqlananların nəzərinə: Bakıda üç sərgi birdən açılıb
Bakıda möhtəşəm sərgi keçiriləcək
Teqlər:
"Made in Azerbaijan", məhsul, İqtisadiyyat Nazirliyi, sərgi, Fransa

Əsas mövzular