05:09 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Uşaq ayaqları

Valideynləri vahiməyə salan "uşaq oğrusu" video-müraciət yaydı

CC0 / FeeLoona / Children's Feet
CƏMİYYƏT
Qısa URL
4102 0 0

"Çox pisəm, niyə araşdırmadan belə hərəkət edirlər, bilmirəm"

BAKI, 15 oktyabr — Sputnik. Bir neçə gündür "WhatsApp" qruplarında valideynlər bir qadının müxtəlif formalarda çəkilmiş şəkillərini paylaşaraq, həyəcan təbili çalırdılar. Həmin qadının uşaq oğrusu olduğuna dair ittihamlar dolaşırdı və bir neçə uşağı oğurladığı iddia olunurdu.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün həmin qadının video-görüntüsü, daha doğrusu video-müraciəti yayılıb. Qadın sözügedən video-müraciətdə uşaq oğrusu olmasına dair yayılan iddiaları təkzib edir.

"Mən tək yaşayıram. Çadırda yaşayıram. Xəstə adamam. Mən yolda gedəndə bir neçə nəfər qarşımı kəsib şəklimi çəkib. Daha sonra bir neçə nəfər mənə yaxınlaşıb deyib ki, sənin şəklin internetdə yayılıb" — deyə qadın bildirir.

"Onlar düz eləmirlər. Mən savadsız adamam. İnternetdən də istifadə etmirəm. İnsanlar mənə yaxınlaşıb bu xəbəri deyəndə pis oldum. Niyə araşdırmadan belə hərəkət edirlər, bilmirəm. Çox pisəm" — o əlavə edir.

Həmin video-müraciəti təqdim edirik:

Qeyd edək ki, bir müddətdir "WhatsApp" qruplarında, həmçinin sosial şəbəkələrdə Hövsan qəsəbəsində, eləcə də ölkənin bir neçə rayonlarında məktəbli uşaqların oğurlanması ilə bağlı əsassız xəbərlər dolaşır. Sputnik Azərbaycan məktəbli övladı olan valideynlərin narahatlığını və qorxusunu nəzərə alaraq, xəbərlərin, əslində, haradan və necə qaynaqlandığı ilə bağlı araşdırma yazılar təqdim edib. Həmçinin ölkədə dolaşan "orqan mafiyası" ilə bağlı rəsmi qurumların müraciətlərini yayımlayıb. Bildirilib ki, yayılan xəbərlərin heç biri həqiqəti əks etdirmir, şayiə və dezinformasiyadır. Ümumiyyətlə, respublikanın heç bir bölgəsində belə hallar qeydə alınmayıb. Bu məsələ ilə bağlı polis orqanlarına da hər hansı məlumat və müraciət daxil olmayıb.

Əlaqədar

"Orqan mafiyası" şousunun siqnalı: Əslində təhlükə hələ qabaqdadır
Azərbaycanda orqan transplantasiyasının şərtləri dəyişdirilir
Valideynlərdən təhsil nazirinə qəribə şikayət: Uşaqlarımıza saxta "beş"lər yazılır
Qaz balonunu anam alıb: Məktəbi bir-birinə vuran uşaq etiraf etdi
Teqlər:
"Whatsapp" qrupları, oğru, qadın, uşaq

Əsas mövzular