12:49 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9474
Lənkəranda I və IV ixtisas qrupları üzər qəbul imtahanı

İmtahanlarla bağlı daha bir yenilik: Xüsusi cihazlar quraşdırılacaq

© Sputnik / Rahim Zakiroğlu
CƏMİYYƏT
Qısa URL
244 0 0

Şagird ingilis dilindən mətni dinlədikdən sonra sualları cavablandıracaq

BAKI, 13 oktyabr — Sputnik. “Buraxılış imtahanında sinifdə xüsusi cihaz quraşdırılacaq. Şagird ingilis dilindən mətni dinlədikdən sonra sualları cavablandıracaq. Mətn publisistik və ya dialoq ola bilər. Mətnin məzmunu sadə, həcmi isə az olacaq”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, buraxılış imtahanının birinci mərhələsində xarici dil üzrə şagirdlərə 15 sual təqdim olunacaq: “Bu sualların 6-sı dinləmə mətninə aiddir. Şagird ingilis dilindən mətni dinlədikdən sonra sualları cavablandıracaq. Mətn publisistik və ya dialoq ola bilər. Mətnin məzmunu sadə, həcmi isə az olacaq. 15 sualın 4-nün qapalı, 2-nin isə açıq olması nəzərdə tutulub”.

Xanlar Xanlarzadə hesab edir ki, şagirdlər yeni standartlar əsasında formalaşmalıdırlar: “Xarici dilin əhəmiyyəti çox böyükdür.Qrammatikanı öyrənirsən, sabah iş həyatına atılanda nə qədər çətinlik çəkirsən. Qrammatikanı əzbər bilirsən, amma filmə baxanda heç nə başa düşmürsən. Bu imtahan şagirdlər üçün üçün çətin olmamalıdır. Onlar yeni dərsliklərlə, tamamilə fərqli formada təhsil alıblar. Növbəti illərdə bu tapşırıqların sayı daha da artırıla bilər.Bu müasir dövrün tələbidir”.

Xatırladaq ki, gələn il yalnız qəbul imtahanlarında sualların modeli dəyişməyəcək. Belə ki 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq — Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Teqlər:
ingilis dili, Xanlar Xanlarzadə, buraxılış imtahanı, cihaz, Dövlət İmtahan Mərkəzi

Əsas mövzular