14:13 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Badamdarda torpaq sürüşməsi, 13 oktyabr 2018-ci il

SOS: Badamdarda sürüşmə aktivləşib, torpaq qatı asfaltın üstünə qədər gəlib

© ETSN mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
10601 0 0

İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir

BAKI, 13 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri Badamdar – 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri növbətçilik rejimində davam etdirirlər.

Badamdarda torpaq sürüşməsi, 13 oktyabr 2018-ci il
© ETSN mətbuat xidməti
Badamdarda torpaq sürüşməsi, 13 oktyabr 2018-ci il

Bu barədə Sputnik Azərbaycan-a Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O, bildirib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir, torpaq qatı asfaltın üstünə qədər gəlib.

Onun sözlərinə görə, sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.

İ.İbrahimova sürüşmənin dinamikasında aktivliyin davam etdiyini də açıqlayıb.

"Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə bu gün saat 8 radələrindən başlayaraq aktivləşib". Bunu isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, sürüşmə 10 gün əvvəl başlayıb: "Biz gecədən burdayıq. Sürüşmə bir dəfə, səhər saatlarında baş verib. Sürüşmə təxminən 200 metrdən artıq eni olan bir ərazidir. Torpaq asfalt kütləsinə qədər gəlib çıxıb. Üzərində olan istinad divarının əksər hissəsi çöküb". 

Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.

Əlaqədar

Bakı sakinləri yenə təhlükə ilə üzləşiblər
Sakinlərin diqqətinə: Sabah sürüşmə ərazisi ilə bağlı tədbir görüləcək
Bayıl qəsəbəsində yenidən sürüşmə oldu: Hadisə yerinə təcili yardım gəldi
Şamaxıda fövqəladə vəziyyət: Sürüşmə nəticəsində 3 yol dağıldı
Şamaxıda sürüşmə kabusu: Evlərdə çatlar yaranıb
Teqlər:
20-ci sahə, müşahidə, Badamdar, Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası, sürüşmə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Əsas mövzular