13:10 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Стамбул

Lotu Quli özbək biznesmenə: 2019-ci ilin başlanğıcına qədər pullar qayıtmasa…

© REUTERS / Osman Orsal
CƏMİYYƏT
Qısa URL
4968 0 0

"Lotu Quli" Qafqaz və Mərkəzi Asiyanın hazırda Türkiyədə yaşayan "qanuni oğrular"ının "sxodka"sını keçirib

BAKI, 12 oktyabr — Sputnik. Ötən bazar günü, yəni oktyabrın 7-də İstanbulun Fatih rayonundakı Aksaray yaşayış bölgəsində Qafqaz və Mərkəzi Asiyadan olan kriminal avtoritetlərin "sxodka"sı olub. "Qanuni oğrular"ın toplantısına Azərbaycanın cinayət aləminin lideri, "Lotu Quli" ləqəbli Nadir Səlifov sədrlik edib.

İstanbul "sxodka"sı

Azadlıq radiosunun Özbəkistan bürosuna (Ozodlik) bu barədə ölkədəki iki mənbədən məlumat verilib. Məlumata görə, kriminal avtoritetlər və kriminal dünyasına yaxın olan sahibkarların toplaşdığı "qanuni oğrular sxodkası"na Qafqazın və Mərkəzi Asiyanın hazırda Türkiyədə yaşayan onlarla nümayəndəsi qatılıb. 

""Quli" (Nadir Səlifov) Qafqaz və Mərkəzi Asiyanın hazırda Türkiyədə yaşayan "qanuni oğrular"ının toplantısını keçirdi. Toplantıya "Quli" ilə birlikdə onlarla kriminal avtoritet və qırxa yaxın onların cangüdənləri toplaşmışdı. "Qanuni oğrular"ın "sxodka"sında Mərkəzi Asiya kriminal avtoritetlərinin lideri, "Axtam Səmərqəndski" ləqəbli avtoritet çıxış etdi. Bununla yanaşı "sxodka"da Özbəkistanın cinayət aləminin hazırda İstanbulda yaşayan 100-ə yaxın nümayəndəsi də iştirak edirdi. Bundan əlavə Qazaxıstandan 30, Qırğızıstan və Tacikistandan 50-yə yaxın kriminal avtoritet gəlmişdi" — deyə İstanbulda keçirilən "qanuni oğrular"ın toplantısında iştirak edən özbəkistanlı kriminal avtoritet "Azadlıq" radiosuna bildirib.

Toplantının iştirakçısı olan, kriminal dairələrə yaxın digər sahibkar isə radioya bildirib ki, bu, sabiq Sovet İttifaqı ölkələrindən olan kriminal avtoritetlərin ən böyük "sxodka"larından biri idi.

"İstanbulda belə "sxodka" hələ olmamışdı. Orada "Lotu Quli"yə yaxın olan onlarla oğru iştirak edirdi. "Sxodka"da əsasən həlli vacib olan mübahisəli məsələlər və onlar barədə hökm verəcək hakimin kim olacağı müzakirə edildi. Bunlarla yanaşı, "obşak"dan gələn pulları necə xərcləmək barədə də söhbət aparıldı" — deyə sahibkar bildirib. 

"Qanuni oğrular"un özbək biznesmendən tələbi

"Qanuni oğrular"ın" sxodka"sında kriminal dünya ilə bağlı məsələlər sırasında iri özbək sahibkarlarından birindən "obşak"dan götürdüyü pulu geri qaytarmaq da tələb edilib.

Mənbənin sözlərinə görə, Nadir Səlifov bəyan edib ki, 2010-cu ildə oğru "obşak"ından 10 milyon ABŞ dollarını Özbəkistan meyvə və tərəvəzinin ixracı ilə məşğul olan özbək iş adamına verib. Onda Səlifov onun qarşısında şərt qoyubmuş ki, biznesmen həmin pulları 2019-cu ilin başlanğıcına qədər "obşak"a qaytarmalıdır.

"Azadlıq" qəzetinin redaksiyası bildirir ki, onlara Özbəkistandan olan həmin biznesmenin adı məlumdur. Lakin onun təhlükəsizliyinə təhlükə yaratmamaq üçün adı açıqlamır. 

Sözügedən mənbələrin əlavəsinə görə, "Lotu Quli" "sxodka" iştirakçılarının qarşısında bəyan edib ki, əgər həmin borc qaytarılmasa, onda özbək sahibkar kriminal dünyanın qanunlarına uyğun şəkildə cəzalandırılacaq.

""Quli" bəyan etdi ki, bu məsələni Bəxti Daşkəndski (Özbəkistanda Bəxti Yangiabadski və Bəxti Daşkəndski ləqəbləri ilə tanınan "qanuni oğru" — red.) ilə müzakirə edib. Bəxti də bu məsələdə onu dəstəkləyir" — deyə Özbəkistanın kriminal dairələrinə yaxın mənbə bildirib.

Bu mövzu barədə ətraflı məlumat toplayan zaman, oğru "obşak"ının pulları ilə məşğul olan həmin özbək biznesmenin qohumları radioya bildiriblər ki, biznesmen ötən həftə Moskvadan Daşkəndə qayıdıb.

"Lotu Quli"nin saxlanması

Türkiyə KİV-ləri sözügedən sxodkadan bir gün sonra, oktyabrın 8-də İstanbul Əmniyyət Müdirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının 46 yaşlı Nadir Səlifovu saxladığı barədə məlumat yayıb. 

Türkiyənin nüfuzli və məşhur qəzetlərindən biri olan "Hürriyət"in yazdığına görə, Səlifov "adam öldürməyə cəhd", "narkotik qaçaqmalçılığı" və "dələduzluq" kimi bir sıra cinayətlərin törədilməsində şübhəli şəxs qismində saxlanılıb. Kriminal avtoritet dindirilmək üçün İstanbulun Vətən küçəsində yerləşən polis bölməsinə aparılıb.

Xatırladaq ki, Nadir Səlifov postsovet məkanının ən məşhur kriminal avtoritetlərindən sayılır. O, "qətl törətmə", "silah saxlama", "narkotik ticarəti" və "dələduzluğ"a görə 22 il həbsxanada yatıb. 2017-ci il oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin Nadir Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Səlifov azadlığa çıxdığı gün Türkiyədə tikinti biznesi ilə məşğul olan qardaşlarının yanına yerləşib. Lakin o, orada da dinc oturmayıb və post-sovet məkanında baş verən bir sıra cinayətlərə öz izini qoyub.

Əlaqədar

"Lotu Quli Azərbaycanın sifarişi ilə həbs edilib və tezliklə Bakıya göndəriləcək"
Lotu Quli saxlanıldı
"Lotu Quli"nin yeni görüntüləri üzə çıxdı - VİDEO
Sarkisyanın Lotu Qulini öldürtmək planının təfərrüatı: Onların nə maraq toqquşması var?
"Lotu Quli" bu sahəyə nəzarəti tam ələ keçirmək üzrədir
Teqlər:
Axtam Səmərqəndski, Nadir Səlifov, Özbəkistan, İstanbul, Türkiyə, Mərkəzi Asiya

Əsas mövzular