05:09 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Qarqar çayının sahilində Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib

Cəbhə bölgəsində partlayış oldu, yaralanan var

© Foto : ANAMA mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
205 0 0

Tərtərdə məcburi köçkünün minaya düşməsinin təfərrüatı məlum olub

BAKI, 11 oktyabr — Sputnik. Tərtər rayonunda məcburi köçkün minaya düşüb.

Bu barədə "Report"a rayonun Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov məlumat verib.

Qasımov bildirib ki, hadisə bu gün səhər saatlarında qoşunların təmas xəttində baş verib.

İcra nümayəndəsi əlavə edib ki, Həsənov piyada əleyhinə minaya düşüb: "Kəlbəcər rayonundan olan məcburi köçkün, 1996-cı il təvəllüdlü Azad Həsənov ərazidə mal-qara otararkən hava dumanlı olduğundan təmas xəttində minalanmış əraziyə girib. Hadisədən sonra özünü itirməyən Azad telefonla qardaşına və dostlarına zəng edərək minaya düşdüyünü bildirib". 

Yaralı ilk olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxananın həkim-travmatoloqu Hafiz Əliyev bildirib ki, Həsənov cərrahiyyə əməliyyatı olunub və onun bir ayağı amputasiya edilib.

Səhiyyə Nazirliyindən bildirilib ki, yaralının vəziyyəti ağırdır.

Əlaqədar

Dolu 4 dəqiqəyə məscidin minarəsini dağıtdı — VİDEO
Hərbçilərimiz "düşmən"in minalarını aşkarlayaraq məhv ediblər
ANAMA bu dəfə minanı tamamilə gözlənilməz yerdən tapdı
İki dinc sakinimiz minaya düşüb - Rayonda dəhşətli partlayış

Əsas mövzular