Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Orqan mafiyası" şousunun siqnalı: Əslində təhlükə hələ qabaqdadır

CC0 / Pexels / ChildrenUşaqlar, arxiv şəkli
Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Və ya "əcnəbi seyrə balonlarla çıxır" biz isə bibər qazı ilə məktəbə gedirik...

BAKI, 11 oktyabr — Sputnik. "Hövsanda: "koneçni" deyilən ərazidə, "Limon" kafesinin yanında məktəbdən gələn beşinci sinif şagirdi qız qaçırılıb", "Hövsanda 280 nömrəli məktəbin dördüncü sinif şagirdini oğurlayıblar, böyrəyini çıxarıblar, cəsədini gətirib məktəbin yanındakı quyuya atıblar", "Zabitlər parkında 4 yaşlı uşağı anasının yanından oğurlayıblar, böyrəyini çıxarıblar, gətirib özünü parkdakı yellənçəkdə oturdublar".

Orta məktəb şagirdləri, arixv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Məktəbliləri kim oğurlayır: Bakı qeybətcillərinin fantaziyaları və "WhatsApp" şüvənçiləri

Bunları biz demirik, oxuduğunuz xəbərlər artıq bir neçə gündür ki, məktəbli övladı olan valideynlərin "WhatsApp" qruplarında yayılıb. Rüfət Məmmədov adlı profilin sahibi bu barədə sosial şəbəkə vasitəsilə xəbər yayıb və valideynləri ehtiyatlı olmağa çağırıb. Hətta bəzi "xəbər saytları" bu xəbərləri dəqiqləşdirmədən sosial mediada tirajlayıb.

Təəssüflər olsun ki, valideynlər də hər zaman olduğu kimi, bu dəfə də əsassız xəbərlərə çox tez inanıblar. Öz aləmlərində "uşaq oğrusu"na qarşı "tədbir görməyi" qərara alıblar. Beləliklə də öz uşaqlarını bibər qazı, qaz balonu ilə "silahlandıraraq" məktəbə göndəriblər. Tapşırıblar ki, "oğru yaxınlaşanda, dərhal bunu onun gözünə püskürt və ya başına çırpıb, qaç".

Dünən məktəbə bibər qazı ilə gedən 76 nömrəli məktəbin altıncı sinif şagirdləri isə tənəffüs zamanı oğrunu öz aralarında "zərərsizləşdiriblər". Valideynlərinin onlara verdiyi "silah"ın təhlükəsindən xəbərsiz olan uşaqlardan biri digər sinif yoldaşı ilə birləşərək bibər qazını sinif yoldaşlarının gözünə püskürdüb. Nəticədə 9 məktəbli zəhərlənib.

İndi görək valideynləri təşvişə salan, az qala faciəyə səbəb olacaq bu xəbərlərin arxasında nə dayanır? Bəli, Hövsanda, elə deyilən ünvanda qızqaçırma olub. Lakin söylənilən kimi yox, 1998-ci il təvəllüdlü bir qız evlilik məqsədi ilə sevgilisi tərəfindən qaçırılıb. Ailələr razılığa gəlməyiblər deyə, gənclər çıxış yolu kimi qaçmağı seçiblər. Qızın nənəsi də polisə hadisə barədə məlumat verib və şikayətçi olub.

Qız qaçırılarkən isə yanında məktəbdən qayıdan, 281 saylı orta məktəbin ikinci sinfində oxuyan qardaşı olub. Bacısının maşına mindirilərək aparılmasından qorxan uşaq çantasını ataraq qışqıra-qışqıra oradan uzaqlaşıb. Hadisə şahidləri qızın maşına mindirildiyini görmədiklərindən elə zənn ediblər ki, qaçırılan uşaqdır. Həmçinin, məktəbli çantasına "baxış" keçirdikləri üçün öz aləmlərində "dəqiqləşdiriblər" ki, uşaq oğurlanıb. Bu xəbər də ildırım sürəti ilə "WhatsApp" qruplarında, sosial şəbəkələrdə yayılıb və valideynlərin ciddi təşvişinə səbəb olub.

Əlləri bağlı qız, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda insan alveri ilə bağlı məşum rəqəmlər: Satan da, satılan da qadınlardır

Qorxuya düşən valideynlərdən biri xəbərlər yayılan günün səhəri 280 saylı məktəbin 4-cü sinfində oxuyan uşağı gözündən yayınıb deyə, oğurlandığını düşünüb. Polisə məlumat verib, qısa vaxt ərzində uşaq tapılaraq anasına təhvil verilib (hadisənin video-görüntüsü də yayılıb).

"WhatsApp xəbərçiləri" isə bu hadisəyə də bir başqa "don geyindiriblər". Elə düzüb-qoşublar ki, guya 280 saylı məktəbin 4-cü sinif şagirdini oğurlayıblar, böyrəyini çıxarıblar, cəsədini məktəbə yaxın yerdəki quyuya atıblar. Və ya parkda oynayan 4 yaşlı uşağı anasının yanından oğurlayıblar, böyrəyini çıxarıblar, özünü gətirib skamyada oturdublar.

Təsadüfən həmin gün 280 saylı məktəbdə keçirilən tədbiri çəkmək üçün TV kanallarının birindən çəkiliş qrupu gəlibmiş. Bunu da elə qələmə veriblər ki, guya vəziyyət çox ciddidir, artıq işə TV müdaxilə edir. Nəticədə də bu gün məktəblərin birində əvvəldə qeyd etdiyim zəhərlənmə hadisəsi yaşanıb. Təbii ki, ehtiyatsızlıqdan və ya bilməyərəkdən məktəblilər bibər qazını alovlandıra da bilərdilər və dəhşətli partlayış baş verərdi….

Təəssüflər olsun ki, bu tip əsassız, dəqiqləşdirilməmiş xəbərlər ilk dəfə deyil yayılır və bundan sonra yayılmayacağına da kimsə zəmanət verə bilməz. Çünki ancaq İP güdən bəzi üzü qarası "qara media" nümayəndələrinin də bu tip xəbərlərin istehsalında və ya yayılmasında rolu var. Bu xəbərlər tirajlananda isə aidiyyatı qurumlar da nədənsə məsələyə çox gec münasibət bildirir. Ancaq faciəyə bir addım qalmış və ya faciə baş verdikdən sonra açıqlama verilir.

Bibər qazı ilə zəhərlənmə hadisəsi baş verən gün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən valideynlər arasında yayılmış "orqan mafiyası" məsələsinə aydınlıq gətirildi. Bildirildi ki, sosial şəbəkələrdə, o cümlədən bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir: "Bu cür məlumatlar şayiə və dezinformasiyadan başqa bir şey deyil. Ümumiyyətlə, respublikanın heç bir bölgəsində belə hallar qeydə alınmayıb. Bu məsələ ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb, heç bir fakt qeydə alınmayıb" — deyə DİN-in məlumatında bildirildi.

DİN-in bu açıqlaması, əlbəttə ki, sevindiricidir. Ancaq bu məsələnin ciddi narahatlıq doğuran tərəfi də var. Aydınlarımız deyəndə ki, bu millətin evini təhsilsizlik, cahillik yıxacaq, çoxumuz bəlkə də inanmırdıq. İndi isə görürük ki, "saman"dan "Zaman" düzəldən savadsız, cahil valideynlərimiz, həqiqətən də, cəmiyyətimiz və gələcəyimiz üçün böyük təhlükədir. Bir kitab oxumaqdansa, maariflənməkdənsə, bütün günü "WhatsApp" qruplarında dedi-qodu ilə məşğul olan, "manısların" evlərini, geyimlərini, məşuq və məşuqələrini, müəllimlərə hansı bayramda nə qədər pul yığılacağını müzakirə edən valideynlər öz övladlarını potensial cani kimi böyüdürlər.

İmzalı görüş layihəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaqlarla bağlı sərt qadağa gəlir

Məntiqsiz, avam valideynlər düşünmürlər ki, biz artıq 21-c əsrdə yaşayırıq, bəşəriyyəti elm-texnika, az qala robotlar idarə edir. Dünyanın bu başında oturub, o biri başında baş verənlərdən agah oluruq. İstədiyimiz saatda dünyanın istənilən nöqtəsi ilə görüntülü əlaqə yarada bilirik. Aidiyyatı orqanlar beş dəqiqə çəkmir ki, terrorçu dəstələri belə, zərərsizləşdirir. Belə bir zamanda az qala, quş da icazəsiz qanad çala bilmir. Nəinki, günün günorta çağı uşaq oğurlana, "orqan mafiyası" "at oynada", polis orqanları isə hadisəyə biganə qala…

Bu yerdə rəhmətlik Sabirin məşhur misralarını xatırlamamaq qeyri-mümkündür. "Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz". Demək, məsələ avtomobildə yox, cahillikdəymiş. İngilisin, almanın, amerikalının Aya, Günəşə raketlə getdiyi bir zamanda biz bisavadlar isə uşaqlarımızı məktəbə "qaz balonu" ilə göndəririk…

Xəbər lenti
0