CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident sahibkarların yoxlanılması ilə bağlı əsasnaməyə dəyişiklik etdi

Abunə olmaq
Fərman insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması hallarında sahibkarlıq sahəsində plandankənar (növbədənkənar) yoxlamaların təxirə salınmadan keçirilməsini təmin etmək məqsədi ilə imzalanıb

BAKI, 11 oktyabr — Sputnik. Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərman insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması hallarında sahibkarlıq sahəsində plandankənar (növbədənkənar) yoxlamaların təxirə salınmadan keçirilməsini təmin etmək məqsədi ilə imzalanıb.

Xal-xal şəlaləsinin yaxınlığındakı istirahət mərkəzi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hər şey pulludur - Qonaqlar şikayət edir, sahibkar isə razılaşmır

Fərmanla "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilib:

1.8-ci bəndə "olunmasını," sözündən sonra "avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini," sözləri əlavə edilsin;

1.2. 4.3-1-ci bəndə "əvvəl" sözündən sonra "(Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal)" sözləri əlavə edilsin;

1.3. 4.3-2-ci bəndin birinci cümləsinə "əvvəl" sözündən, ikinci cümləsinə "ərzində" sözündən sonra "(Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal)" sözləri əlavə edilsin;

1.4. 4.4-cü bəndə "müddətində" sözündən sonra "(Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal)" sözləri əlavə edilsin;

1.5. 5.1-ci bəndin birinci cümləsində "alınması," sözü "alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal), eləcə də yoxlamanın" sözləri ilə əvəz edilsin.

Бакинский государственный университет - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanın ən böyük təhsil ocağında yoxlama: ciddi nöqsanlar aşkarlanıb

Fərmanla Nazirlər Kabinetinə Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; həmin Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Xəbər lenti
0