02:03 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Yeni nişanlama xətti çəkilmiş yol ayrıcı

Sosial şəbəkələrdə yayılmış qəribə fotoya aydınlıq gətirildi

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
1078 0 0

Hüquqşünas Ərşad Hüseynov foto ilə bağlı öz "facebook" səhifəsində şərh verib

BAKI, 10 oktyabr — Sputnik. Dünən sosial şəbəkələrdə "sarı tor"un yeni çəkilmiş olduğu Bakıxanov küçəsində fotosu paylaşılmışdı. Şəkildə torun üzərinin avtomobillə dolu olduğu və bu avtomobil sürücülərinin qayda pozduğu qeyd olunmuşdu. Sputnik Azərbaycan xəbər verir ki, hüquqşünas Ərşad Hüseynov foto ilə bağlı öz "Facebook" səhifəsində şərh verib.

O, qeyd edib ki, bu fotoda qayda pozuntusu (Yol Hərəkəti haqqında Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbinin pozulması) yoxdur.

"Diqqət edin, fotoda bəzi avtomobillər sarı tor üzərində dayanmış olsalar da, onların getdiyi istiqaməti kəsən nəqliyyat axını üçün qırmızı işığın yandığı aydınca görünür. Belə vəziyyət qayda pozuntusu deyil. Qayda o vaxt pozulmuş olardı ki, fotoda solda yolayrıcının əks tərəfində görünən svetoforun yaşıl işığı yanmış olsun. Məlumat üçün deyim ki, dünən 17.40 radələrində təxminən 10 dəqiqə ərzində həmin yolayrıcını müşahidə etdim. Heç kəsin YHQ-nin 75-ci maddəsinin 2-ci hissəsinin tələbini pozduğunu görmədim. Düzdür, həmin vaxt Bakıxanov küçəsində tam tıxanma yox idi. Çox asta sürətlə hərəkət davam edirdi. Sürücüləri bu sarı torla çox qorxutmaq da lazım deyil".

Əlaqədar

Ölkə gündəmini zəbt edən sarı tor nədir və nəyə xidmət edir - İZAH
Sürücülərə xəbərdarlıq: Bu gündən yeni cərimə tətbiq ediləcək
Teqlər:
qanun pozuntusu, foto, Ərşad Hüseynov, sarı kəsişmə toru, Bakıxanov küçəsi, sosial şəbəkə

Əsas mövzular