02:32 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Təzə Bazar Ticarət Mərkəzi

Qida sektorunda çalışanlar hazırlıqsız yaxalanıblar və ortaya ciddi problem çıxıb

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
6414 0 0

"Azərbaycanda qida sektorunda fəaliyyət göstərən şirkətlər tam oturuşmayıb"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. "Qida Təhlükəsizliyi Agentliyi (QTA) tərəfindən 1 iyul 2018-ci il tarixindən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılmasına başlanılıb. Təəssüf ki, qeydiyyatın başlamasından xeyli vaxt keçməsinə və prosedurun kifayət qədər asan olmasına baxmayaraq, qida məhsulları sahəsində fəaliyyət göstərən bir çox sahibkarlıq subyektləri müəyyən olunmuş vaxt çərçivəsində qeydiyyatdan keçmək üçün müraciət etməyib".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
© Foto : UNEC-in mətbuat xidməti
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə

Bu barədə QTA açıqlama yaymışdı. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə və professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamalarında bu problemin əsas səbəblərinə aydınlıq gətiriblər.

Elşən Bağırzadə deyib ki, ölkəmizdə bu problemin əsas səbəblərindən biri qida sektorunda fəaliyyət göstərən şirkətlərin oturuşmuş olmamasıdır: "Bunlar uzun müddət bu sahədə fəaliyyət göstərən şirkətlər deyil. Burada söhbət təkcə istehsalçılardan yox, eyni zamanda xidmət sahələrindən gedir. Müəyyən qədər bunlara hazırlıq imkanı vermək olardı. Çünki bizdə bu sahə o qədər də stabil deyil. Oradakı subyektlər uzun müddət fəaliyyət göstərənlər deyil. Məsələn, hazırda Azərbaycanda restoranlar şəbəkəsinə baxsaq, bunun kifayət qədər dinamik olduğunu görərik. Belə ki, açılır, bağlanır, qısa müddət fəaliyyət göstərir və yerini dəyişir. Burada müəyyən qədər çətinlik olacaq".

Onun fikrincə, ölkəmizdə qida sektorunda olan bir sıra normalara əməl olunmur: "Bu da ciddi problemlər yaradır. QTA bu işin üzərinə ciddi şəkildə düşüb. Qida sektorunda kiçik sahibkarların geniş yayılması bir tərəfdən yaxşı olsa da, amma normalara əməl etmək, yüksək standartlar tətbiq etmək baxımından mənfi təsir göstərir. Ona görə də dövlət bu istiqamətdə müəyyən güzəştlər tətbiq edə bilər. Dövlət onların müvafiq sertifikatlar almasına, standartlara əməl etməsinə yardım edə bilər. Ən əsası burada maarifləndirmə işləri aparılmalıdır".

Təmiz qida
© Karikatura
Təmiz qida

"Kiçik sahibkarların bəlli bir sektorda geniş yayılması zəruri dövlət və beynəlxalq standartları tətbiq etməyi çətinləşdirir. Çünki bunlar o standartlara əməl etdikcə maya dəyərləri yüksəlir və bu da rentabelliyi aşağı salır. Ona görə də onlar o qədər də maraqlı olmurlar" — deyə ekspert bildirib.

E.Bağırzadənin qənaətincə, ölkəmizdə ən böyük problemlərdən biri ayrı-ayrı sektorlarda professional birliklərin olmamasıdır: "Məsələn, restoranlar şəbəkəsində çalışan sahibkarların birlikləri olmalıdır və onlar dövlətlə işləməlidirlər. Hətta bir sıra ölkələrdə hər hansı bir şirkəti qeydiyyata alan zaman ilk növbədə onların birliklərə üzv olmaları tələb edilir. Üzv olma nəticəsində şirkətlər daha da institusionallaşır, daha çox informasiya ilə təmin olunurlar. Həmin birliklər vasitəsilə dövlət maarifləndirmə və digər nöqteyi-nəzərdən onlara təsir göstərir".

Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov

Ekspertin sözlərinə görə, ancaq inzibati rıçaqlarla bu işi həll etmək mümkün deyil: "Dövlət qeydiyyatı ilə yanaşı, birliklərə üzv olmaq da çox vacibdir. Məsələn, Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olanların heç bir birliyi yoxdur. Dövlət hər hansı bir standartı tətbiq etmək, qaydalara dəyişiklik etmək istəyərkən danışa, müzakirə apara biləcəyi birliklər yoxdur. Qida sektoru da eynilə bu vəziyyətdədir. O baxımdan, bu istiqamətdə də işlər aparılmalıdır, qida sektorunda çalışanlar təşkilatlanmalıdır".

Professor Elşad Məmmədov isə deyib ki, burada prosesə diferensial yanaşmaq lazımdır: "Bəzi hallarda sahibkarlar qanunauyğun fəaliyyət göstərməkdən yayınırlar. Digər hallarda isə müvafiq dövlət institutları və mexanizmləri qanunauyğun və iqtisadi proseslərə adekvat hərəkət etməyiblər. Bir sıra hallarda özəl sektorun nümayəndələri çalışırlar ki, maksimum şəkildə aidiyyatı dövlət qurumları, institutları ilə təmasda olmasınlar".

Onun sözlərinə görə, son illərdə bu istiqamətdə müsbət dəyişikliklər gedir: "Artıq QTA-nın son aydakı fəaliyyəti də göstərir ki, qida sektoruna aid müəssisələr qanunvericilikdə nəzərdə tutulmuş formada və qeydiyyatdan keçərək fəaliyyət göstərməlidirlər. Çünki bu, alternativsiz, bütün dünyada qəbul edilmiş bir yoldur. Azərbaycanda artıq bu istiqamətdə çox ciddi müsbət dəyişikliklər var. Dövlət qeydiyyatının reallaşması zəruridir və alternativsiz yoldur".

Qeyd edək ki, qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır. Bununla bağlı olaraq, QTA qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərini öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir və bildirir ki, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı, qanunvericiliyin tələbləri çərçivəsində, ciddi tədbirlər həyata keçiriləcək.

Əlaqədar

"Azərbaycan qida təhlükəsizliyi sahəsində böyük yol qət edib"
Diqqət: Bu qidaların satışı qadağan olunub
Zərərli olsalar da, xeyirlidirlər: Bu qidalardan imtina etməyin
Qida Təhlükəsizliyi Agentliyindən sərt balıq xəbərdarlığı gəldi
Bu qidaları təkrar qızdırmaq olmaz – Təhlükəli olur
Teqlər:
QTA, qeydiyyat, Qida Təhlükəsizliyi Agentliyi, iş adamı, Elşən Bağırzadə, Elşad Məmmədov, sahibkar

Əsas mövzular