13:09 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Qaranlıqda gəzən adam

Ürək dağlayan hadisə, ilginc video, parlamentdə qəzəb: Qaranlıqdakı adam üzə çıxır

CC0 / StockSnap / Shadow
CƏMİYYƏT
Qısa URL
İsmayıl MƏMMƏDLİ
1569210

Cəmiyyətin yaşam normalarını tapdayan hər kəs cəzasını almalıdır

BAKI, 8 oktyabr — Sputnik. Heç mübahisə və müzakirə mövzusu deyil ki, sürücü yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməlidir. Hələ o, ictimai nəqliyyat vasitəsini idarə edirsə, onlarla insanın həyatı onun əlinin altındakı sükana, ayağının altındakı əyləcə bağlıdırsa, bu ciddiyyət həssaslığı 3 qata, 5 qata vurulmalıdır.

O da aydın və qeyd-şərtsiz qadağadır ki, sərxoş vəziyyətdə, hansısa üyüşdürücü maddələr qəbul etdikdən sonra, yaxud mürgülü halda sükan arxasına keçmək olmaz! Və yenə üstəlik, sən salonunun gün ərzində yüzlərlə sərnişinlə dolub-boşaldığı bir ictimai nəqliyyat vasitəsini idarə edirsənsə, gör, bu qadağaya əməl etməməklə hansı fəlakətlərə yol aça bilərsən.

Ki, belə fəlakətlərdən biri (növbətilərdən biri) ötən günlərdə başımıza gəldi. Söhbət Binə qəsəbəsində yaşanan, sərnişin avtobusu ilə yük qatarının toqquşması nəticəsində meydana çıxan dəhşətli qəzadan gedir. O, qəzadan ki, təkcə orada həlak olan yeniyetmənin tarixçəsi insanın ürəyinə dağ çəkir…

Və beləliklə, bütün diqqətlər sürücüyə yönəldi. Haqlı olaraq, onun sükan arxasındakı rabitəsiz hərəkətləri ictimai qınaq obyektinə çevrildi. Ayrıca, narkotik aludəçisi olması ittihamı da bu qəzəb alovunun üzərinə benzin tökmüş oldu.

Nəticədə sürücü Şirəliyev Əlixan Əlibala oğlu Cinayət Məcəlləsinin "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda" maddəsi ilə, marşrut xəttinin dispetçeri Fərəcov Mübariz Kərim oğlu isə həmin gün tibbi müayinədən keçirilmədən sürücünü reysə buraxdığı üçün oxşar maddə ilə həbs olundu.

Təbii ki, hüquq-mühafizə orqanlarının bu qərarı hadisədən dolayı cəmiyyətdə hökm sürən gərginliyi azaldır. Belə də olmalıdır — Cəmiyyətin yaşam normalarını tapdayan, onun fərdlərinə zərər verən (bilərəkdən, ya bilməyərəkdən) və qanunları heçə sayan hər kəs cəzasını almalıdır.

Amma nədənsə digər bir məqam diqqətdən qaçır. Axı, ortada açıq-aşkar video-görüntü var ki, qatar relsini hər iki tərəfdən bağlamalı olan şlaqbaumlardan biri açıq olub. Həmin video əldən-ələ, eldən-elə gəzdi.

Orada hər şey o qədər aydınlığı ilə əks olunmuşdu ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qəzadan 2 gün sonra qəzəbli şəkildə "O görüntülər həqiqəti əks etdirmir, alın buna baxın" deyə paylaşdığı növbəti video-görüntüdə belə, heç bir fakt dəyişikliyi əksini tapmırdı. Yəni ikinci video birinci videonun üzərində əl gəzdirilmiş (bəzi nöqtələrin üzərinə qırmızı ox işarəsi qoyulmuş) yeni-köhnə versiyası idi.

Çünki ikinci videoda da şlaqbaumun, sadəcə birtərəfli şəkildə yolu bağladığı əks olunur. ADY başa düşməlidir ki, vətəndaşları, məhz şlaqbaumun birinin niyə olmadığı faktı narahat edir, başqa heç kimin ADY ilə heç bir dərdi, qərəzi yoxdur. Və QSC də öz videosunda şlaqbaumun qəza baş verən hissədəki tayının olmadığını təsdiq etmiş oldu. Burda başqa nə problem var ki?

Amma sən gəl bunu Milli Məclisin deputatı Fəzail Ağamalıya izah elə. Adam parlamentin son plenar iclasında sürücüləri ağ yudu-qara sərdi. Dedi ki, "belə olmaz, onları sərt şəkildə cəzalandırmaq lazımdır, artıq dözülməz həddə çatmışıq". Olsun, sürücüləri cəzalandıraq, asaq-kəsək və vəssalam?

P.S.

Ağanın evinin qapısı döyülür. Açırlar ki, Əzrail. Deyir, "mən bu evdən 2 nəfəri aparmalıyam". Hamı çevrilib nökərin üzünə baxır. Nökər də qorxaq nəzərlərini onların üzərində gəzdirdikdən sonra cavab verir: "Yaxşı, biri mən…"

Əlaqədar

Bakıda avtobusun törətdiyi qəza nəticəsində yaralananların sayı artıb
Bakıda yenə ağır qəza baş verib - VİDEO
Bərdədə ağır yol qəzası nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb
Bakını lərzəyə salan qatar qəzasının "altından" ağılasığmaz detallar çıxdı - VİDEO
Dəhşətli qəza ilə bağlı tutulan var
Teqlər:
ADDY, qatar, avtobus, sürücü, qəza, cəmiyyət

Əsas mövzular