CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qiymət artımı əhalini pis vərdişlərdən çəkindirmək üçündür

© Sputnik / Irade JELILПродажа алкогольной продукции в Баку
Продажа алкогольной продукции в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Siqaret və alkoqollu içkilərə nəzarətin gücləndirilməsi qiymət artımına səbəb olsa da, əhalinin sağlamlığının gücləndirilməsinə xidmət edəcək

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin rəhbərliyi sahibkarlar, ilk növbədə də alkoqollu içkilər və tütün mənulatları ilə məşğul olan biznesmenlər üzərində nəzarəti gücləndirib.

Bu, ilk baxışdan, kapital axını və "kölgə iqtisadiyyatı" əməliyyatları nöqteyi-nəzərindən kifayət qədər riskli görünə bilər.

Maliyyə qurumlarının gördüyü ağır işin nəticəsində məlum olub ki, təkcə biznesmenlər deyil, sıravi ticarətçilər də pərakəndə satış zamanı aksizləşdirilmiş malların qiymətlərini sürətlə qaldırırlar. Xatırladaq ki, Sputnik Azərbaycan daha əvvəl tütün məhsullarının qiymətlərinin, oktyabrın 2-dən etibarən isə alkoqollu içkilərin qiymətlərinin qalxacağı barədə məlumat vermişdi. 

Araq qədəhi - Sputnik Azərbaycan
CƏMİYYƏT
DİN “araq içən” uşaqlarla bağlı məlumat yaydı

Dövlət strukturlarının məlumatına görə, son bir neçə ayda alkoqolun və siqaretlərin qiymətlərinin qalxmasına səbəb olacaq aksizlər, gömrük rüsumları, eləcə də digər sənədlərlə bağlı hər hansı qərar qəbul olunmayıb.

Doğrudur, gömrük orqanları Azərbaycanda yuxarıda sözügedən mallarla bağlı qaçaqmalçılıqla mübarizə sahəsində nəzarəti gücləndiriblər, vergi orqanları isə saxta aksiz markaları ilə təchiz edilmiş malların saxlanıldığı anbarların müəyyən edilməsi istiqamətində fəal iş aparıb.

Məlumatlı mənbənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, arağın qiymətlərinin hazırkı artımı onların aksiz markaları ilə birbaşa zavodlarda etiketlənməsinin nəticəsidir.

"Saxta aksiz markaları olan alkoqollu içkilərin müəyyən edilməsi istiqamətində keçirilmiş reydlər zamanı pərakəndə ticarət müəssisələrində satışda olan içkilərin üzərində saxta aksiz markalarının aşkarlanması, alkoqollu içki istehsal edilən zavodlar üzərində nəzarətin gücləndirilməsinə səbəb olub. Həmin istehsal və satış müəssisələrindən mallara rəsmi aksiz markalarının vurulmasının tələb olunması nəticəsində pərakəndə qiymətlərdə artım baş verib" — deyə Sputnik-in həmsöhbəti bildirib. 

Əkrəm Həsənov - Sputnik Azərbaycan
Taksidə siqaret çəkənlərin cərimələnməsi effektiv olacaqmı - Hüquqşünas şərhi

Onun fikrincə, saxta məhsullara qarşı görülən tədbirlər ucuz və keyfiyyətsiz araqların dövriyyədən çıxmasına yönəlib.

"Bununla belə, Azərbaycanda Rusiyada olduğu kimi yarımlitrlik butulkaların aşağı qiymətə satılması ilə bağlı qərar qəbul edilməyib" — deyə mənbə bildirib.

Bütün bu görülən tədbirlər şübhəsiz ki, dövlət büdcəsinə daha çox maliyyənin cəlb edilməsinə və daxili bazarın keyfiyyətsiz məhsullardan müdafiəsinə yönəlib. Digər tərəfdən, əhali faktiki olaraq alkoqollu içkilərin, tütün məmulatlarının qiymətlərinin spekulyativ artımı ilə qarşılaşır və bunun qarşısını almaq lazımdır.

Siqaretlə mübarizənin sərtləşdirilməsi istiqamçətində atılan son addımlar onu deməyə əsas verir ki, Azərbaycan əhalini zərərli vərdişlərdən uzaq tutmağa çalışır. Bu, özünü nə dərəcədə doğruldacaq, bunu zaman göstərəcək. Bizə isə sadəcə ümid etmək qalır ki, tütün məhsulları və alkoqollu içkilərin satışı və istehsalından dövlət büdcəsinə daxilolmaların həcminin artması hökumətin səhiyyə xidmətinə xərcləri kəskin şəkildə artırması ilə nəticələnəcək. Bu isə ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq.

AR Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-avqust aylarında istehsal edilib: araq — 325,7 min dekalitr (1 dekalitr 10 litrə bərabərdir) (2017-ci ilin analoji dövründə 90,5%), brendi – 8,7 min dekalitr (4,4 dəfə), üzüm şərabı — 972,7 min dekalitr (133,8%), pivə – 3,505 milyon dekalitr (115,8%), alkoqolsuz içkilər – 16,684 milyon dekalitr (119,8%), fermentləşdirilmiş tütün – 1,645 min ton (86,3%) və siqaret 2,363 milyard ədəd (4,4 dəfə).

Xəbər lenti
0