CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metroda insanları narahat edən problemin səbəbi bilindi

© Photo : Facebook / metroistanbulasİstanbulda metro qatarı, arxiv şəkli
İstanbulda metro qatarı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qatar texniki baxış üçün depoya göndərilib

BAKI, 5 oktyabr — Sputnik. Bu gün saat 13:15 radələrində "Bakı Metropoliteni"nin fəaliyyətində problem yaranıb. Metronun "İçərişəhər" stansiyasında qatarların hərəkəti dayanıb. Nəticədə stansiyada sərnişin sıxlığı müşahidə olunub.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu gün saat 13:15 radələrində “İçərişəhər” metrostansiyasına gedən qatarda texniki nasazlıq yaranıb: "Maşinist 7-8 dəqiqə ərzində qatarın fəaliyyətini bərpa edib. Bu da intervala təsir edib. Nəticədə bütün stansiyalarda sıxlıq müşahidə olunub. Ümumilikdə 10-11 dəqiqə qrafikdə gecikmə baş verib. Qatar isə texniki baxış üçün depoya göndərilib".

Xəbər lenti
0