CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bal yarmarkası başlayır

Abunə olmaq
Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi (AQTA) satışa çıxarılacaq balların keyfiyyət məsələsinə baxacaq

BAKI, 4 oktyabr — Sputnik. Sabah Bakıda başlayacaq arıçılıq məhsullarının sərgi-satış yarmarkasına həsr olunmuş mətbuat konfransı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, konfransda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq şöbəsinin müdiri Asəf Ömərov bildirib ki, yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub. Bunlardan 5 tonu çərçivə halındadır.

Bakının mərkəzində Novruz bayramının qeyd olunması - Sputnik Azərbaycan
FOTO
Paytaxtda bayram şənliyi və yarmarkası

Onun sözlərinə görə, daha çox arıçılıq məhsulları Astara və Aran iqtisadi rayonlarından daxil olub: "Azərbaycanda 271 682 arı ailəsi mövcuddur və hər arı ailəsində illik məhsuldarlıq orta hesabla 10 kq, illik respublika üzrə bal istehsalı isə 3 min tondur. Bal istehlakı isə 5 min tondur. Ən çox arı ailəsi Zaqatala (17097), Astara (12429), Qax (9125), Lerik (8669), Balakəndədir (8581)".

Qeyd edək ki, hər il yarmarkanın təşkilati və məhsulların keyfiyyəti məsələləri üçün cavabdehlik daşıyırdı. Bu il isə yalnız təşkilatı məsələlərə görə məsuliyyət daşıyacaq.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə satışa çıxarılacaq balların keyfiyyət məsələsinə baxacaq.

© Sputnik / Irade JELILArıçılıq məhsullarının sərgi-satış yarmarkasına həsr olunmuş mətbuat konfransı
Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına həsr olunmuş mətbuat konfransı - Sputnik Azərbaycan
Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına həsr olunmuş mətbuat konfransı

Qida Təhlükəsizlilyi Agentliyinin Baytarlıq Nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxışı zamanı bildirib ki, 3974 adda bal məhsullarından 900 növü, yəni 30 ton bal məhsulu ekspertiza nəticələrinə görə yararsız hesab edilib.

Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yarmarkaya daha fərqli yanaşmağı planlaşdırır: "Bundan başqa, Qida Təhlükəsizlilyi Agentliyi balın keyfiyyəti ilə bağlı daha diqqətlidir. Bu il əvvəlki yarmarkalardan fərqli olaraq biz tərəfdaş qismində çıxış edəcəyik ".

O, həmçinin qeyd edib ki, ötən il yarmarkada balın qiyməti 20 manat olub. Bu il isə bu qiymət 20-25 manat olacaq.

Tədbirdə KİVA beynəlxalq sertifikasiya təşkilatının əməkdaşı Mətin Duran da iştirak edib. Qeyd edək ki, qurum Azərbaycan məhsullarının dünya bazarına çıxarılması üçün sərgi-satış yarmarkasında üçüncü tərəf qismində çıxış edir. Yəni KİVA məhsullara AQTA tərəfindən verilən nəticələrdən narazı olan sahibkarların məhsullarını yenidən ekspertizadan keçirəcək.

Qeyd edək ki, arıçılıq məhsulları yarmarkası oktyabrın 5-dən 28-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək.

Xəbər lenti
0