CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur müğənni azərbaycanlı modelə gül dəstəsi göndərib

© Photo : Instagram / laferideИзвестная украинская модель азербайджанского происхождения, обладательница титула второй вице-мисс конкурса "Мисс Украина-2015" Фарида Ибрагимова
Известная украинская модель азербайджанского происхождения, обладательница титула второй вице-мисс конкурса Мисс Украина-2015 Фарида Ибрагимова - Sputnik Azərbaycan
Abunə olmaq
"Çox sağ ol, mənim sevimli Enriki İqlesiasım. Sən mənim qəhrəmanımsan. Ümid edirəm ki, mənə onu sən hədiyyə etmisən"

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycan əsilli tanınmış ukraynalı model, "Miss Ukraine-2015" gözəllik müsabiqəsinin vitse-miss titulunun sahibi Fəridə İbrahimova bildirib ki, ispan müğənni Enriki İqlesias özünün Kiyevdəki konsertindən sonra ona gül dəstəsi göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə model özünün Instagram-dakı səhifəsində məlumat verib. İbrahimova həmin gül dəstəsi ilə birlikdə çəkilmiş şəklini də Instagram-da paylaşıb. Model bu günlərdə Enriki İqlesiasın Kiyevdə keçirilən konsertinə gedib. Vitse-miss Ukraine müğənninin fanatıdır və konsert boyu onun mahnılarına rəqs edib. Konsert başa çatandan sonra İbrahimova üzərində "Ukraynanın ən gözəl azərbaycanlısına" sözləri yazılmış gül dəstəsi alıb.

"Çox sağ ol, mənim sevimli Enriki İqlesiasım. Sən mənim qəhrəmanımsan. Ümid edirəm ki, mənə onu sən hədiyyə etmisən" — deyə İbrahimova yazıb.

Qeyd edək ki, Fəridə İbrahimova əsasən Ukraynada yaşayır və işləyir. O, bir sıra Ukrayna brendlərinin simasıdır. Nəinki Ukraynada, eləcə də Azərbaycanda bir çox məşhur dizaynerlərin moda həftələrində iştirak edir. Hazırda daha çox reklam layihələri ilə məşğuldur. Bu layihələrə xarici həmkarları ilə birlikdə qatılır.

Xəbər lenti
0