14:58 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
Здание Государственного Таможенного Комитета в Баку

Qədim xalçaların ölkədən aparılmasına cəhdin qarşısı alınıb

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
29 0 0

Faktla bağlı araşdırma aparılır

BAKI, 1 oktyabr — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qədim xalçaların ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan Dövlət Gömrük Kpmitəsinə istinadən xəbər verir.

Bakı-İstanbul aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Fatahei Hosseinə məxsus baqaj rentgen aparatından keçirilərkən, orada gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı şübhə yaranıb. Bu səbəbdən vətəndaş saxlanılıb və çantasına təkrar baxış keçirilib.

Təkrar yoxlama zamanı, Fatahei Hosseinə məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş, yaşı 1 əsrdən çox olan 6 ədəd qədim xalça aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular