CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının əsas prospektlərindən birinə giriş bağlanılır – Xəbəriniz olsun

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidРемонтные работы на дороге, фото из архива
Ремонтные работы на дороге, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məhdudlaşma sentyabrın 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca hissə-hissə tətbiq ediləcək

BAKI, 29 sentyabr — Sputnik. Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq şəhər istiqamətindən Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır.

Sputnik Azərbaycan-ın “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, məhdudlaşma sentyabrın 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca hissə-hissə tətbiq ediləcək.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir", — məlumatda qeyd olunub.

Xəbər lenti
0