CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili mühüm vəzifəyə təyin olundu

© AP Photo / Nasser NasserBoş kreslo, arxiv şəkli
Boş kreslo, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O bildirib ki, bu gündən vəzifəsinin icrasına başlayıb

BAKI, 20 sentyabr — Sputnik. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov yeni vəzifəyə təyinat alıb. Sputnik Azərbaycan modern.az saytına istinadla xəbər verir ki, R.Mahmudov Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi təyin olunub.

R.Mahmudov açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, bu gündən vəzifəsinin icrasına başlayıb.

© Photo : Azeuronews.comRəşad Mahmudov
Rəşad Mahmudov - Sputnik Azərbaycan
Rəşad Mahmudov

Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olub. 1980-1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbi bitirib.

1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb.

1997-2003-cü illərdə Türkiyə Respublikasındakı Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsilini davam etdirib.

2003-cü ildə Türkiyə Respublikasındakı Ege Universitetində Uzmanlıq Diplomu müdafiə edib.

2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi, 2015-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.

Millət vəkili Fəzail İbrahimli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı millət vəkili 10 ildir seçiciləri ilə görüşmür - SƏBƏB

2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə (V çağırış) seçkilərdə Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən deputat seçilib.

R.Mahmudov bu yaxınlaradək — 2018-ci ilin may ayınadək Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzinin rəhəbəri olub. Daha əvvəllər isə Mərkəzi Neftçilər Xəstəxanasında çalışıb.

Xəbər lenti
0