CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev tikinti ilə bağlı taleyüklü qərara imza atdı

© Sputnik / Anar MustafayevYaşayış binasının tikintisi, arxiv şəkli
Yaşayış binasının tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda tikintiyə icazə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi ilə veriləcək

BAKI, 17 sentyabr — Sputnik. Prezident İlham Əliyev şəhərsalma fəaliyyətinin tənzimlənməsinin səmərəliliyini artırmaq məqsədilə fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, fərmana əsasən, yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verməlidirlər.

Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, tikintisinə icazə tələb olunan binaların tikinti layihələrinin memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması mexanizmi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.

Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasının üç ay müddətində təmin edilməsi və Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi bildirilir.

Xəbər lenti
0