CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil nazir müəllim və tələbələrə müraciət etdi

© Photo : Təhsil Nazirliyinin mətbuat xidmətiAzərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov
Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan
Abunə olmaq
“Bilik günü” kimi bir bayramı qeyd etməyimiz bizim biliyə, təhsilə verdiyimiz əhəmiyyəti nümayiş etdirir.

BAKI, 15 sentyabr — Sputnik. Təhsil naziri Ceyhun Bayramov “Bilik günü” münasibətilə müəllim, şagirdlər və tələbələri təbrik edib.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təbrikdə deyilir:

"Əziz müəllimlər, şagirdlər və tələbələr,

Hörmətli valideynlər,

Sizi “Bilik günü” və yeni dərs ili münasibətilə təbrik edirəm!

Bakıda Bilik günü - Sputnik Azərbaycan
Bu gün Azərbaycanda Bilik Günüdür

Hər birinizə bol enerji, öyrənmək həvəsi və bunların məntiqi nəticəsi olan nailiyyətlər arzu edirəm.

YUNESKO XXI əsri təhsil əsri adlandırmışdır. Təhsil insan şəxsiyyətini formalaşdırır, onun sosiallaşmasına və peşə səriştələrinin yaranmasına xidmət edir. Təhsilin dörd təməl daşı bilik vermək, bacarıqlar formalaşdırmaq, yaşamağı öyrətmək və başqaları ilə birlikdə yaşamağı öyrətməkdir. “Bilik günü” kimi bir bayramı qeyd etməyimiz bizim biliyə, təhsilə verdiyimiz əhəmiyyəti nümayiş etdirir.

Bu bayram məktəbli statusu almış uşaqlarımız, tələbə adını yenicə qazanmış gənclərimiz üçün xüsusilə əzizdir. “Bilik günü” şagirdlər, tələbələr, müəllimlər, inkişaf etmək əzmində olan bütün insanlar üçün planlar qurmaq, prioritetlər müəyyənləşdirmək, hədəflər seçmək üçün də əla vaxtdır.

Əziz müəllimlər, şagirdlər və tələbələr!

Təhsildə atılan hər bir uğurlu addım bizim həyat keyfiyyətimizi yüksəldir, ümumxalq firavanlığına aparır.

Elm, inkişaf, tərəqqi simvolu olan “Bilik günü”nüzü təbrik edir, hər birinizə uğurlar arzulayıram!"

Xəbər lenti
0