20:37 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Əmlak Məsələləri Dövlət Komitəsi

Dövlət əmlakının icarə pulunu bu yolla da ödəmək mümkün olacaq

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
13 0 0

Müvafiq sistem vasitəsilə dövlət əmlakının icarə haqqı və ya müamilə borclarının öyrənilməsi də mümkündür

BAKI, 13 sentyabr — Sputnik. Dövlət əmlakının icarə pulunu internet vasitəsilə ödəmək mümkün olacaq. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Əmlak Komitəsindən məlumat verilib. Bildirlib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan "Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi" elektron xidmətindən istifadə etməklə fiziki və hüquqi şəxslər plastik kart vasitəsilə icarə borcunu onlayn qaydada ödəyə bilər.

Əlavə ödəniş tələb etməyən sistemdən dövlət orqanları və bələdiyyələr də istifadə edə bilər. Müvafiq sistem vasitəsilə dövlət əmlakının icarə haqqı və ya müamilə borclarının öyrənilməsi də mümkündür.

Adıçəkilən elektron xidmətdən istifadə etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalına (www.e-emdk.gov.az) daxil olmaq və ya 9193 SMS xidməti vasitəsilə də vətəndaşlar icarə haqqı və ya müamilə borclarını öyrənə bilərlər.

Əsas mövzular