CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kimdir haqlı - Babək prospektindəki iş adamları narazıdır

© Sputnik / Irade JELILXətai rayonu Babək prospekti 2334-cü məhəllədə olan hazırki vəziyyət
Xətai rayonu Babək prospekti 2334-cü məhəllədə olan hazırki vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
İstehlakçı hüquqlarını bu sahədə həyata keçirən orqan kimi “Azərsu” ASC kənar müdaxilənin qarşısını almalıdır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Xətai rayonu Babək prospekti 2334-cü məhəllədə olan mağaza sahibləri çıxılmaz vəziyyətə düşüb. Bu barədə Sputnik Azərbaycan-a bir qrup iş adamı müraciət edib. Onların 4 ildən artıqdır istifadə edib və nizamlı şəkildə xidmət haqqını ödədikləri kanalizasiya xəttini bağlayıblar. Mağaza sahibləri iddia ediblər iki aydan artıqdır ki, bu problemlə qarşı-qarşıyadırlar.

© Sputnik / Irade JELILXətai rayonu Babək prospekti 2334-cü məhəllədə olan hazırki vəziyyət
Xətai rayonu Babək prospekti 2334-cü məhəllədə olan hazırki vəziyyət - Sputnik Azərbaycan
Xətai rayonu Babək prospekti 2334-cü məhəllədə olan hazırki vəziyyət

Şikayətçi Aqil İsmayılov deyib ki, kanalizasiya sistemi başqa bir mağaza sahibi tərəfindən bağlanıb: “İki ay əvvələ qədər hər şey qaydasında idi. Hətta prospekt təmir ediləndə belə, kanalizasiya sisteminə toxunulmamışdı. Su boruları sıradan çıxmışdı, özümüz təmir etdirdik. Bir müddət əvvəl qonşu mağaza sahibi gəlib dedi ki, “kanalizasiya xəttini təmir etdirmişəm, 6000 manat xərc çəkmişəm, siz — 4 mağaza sahibi də yığın, mənim pulumu verin, xəttə qoşulun”.

“Qeyd edək ki, biz 4 il “Azərsu”nun kanalizasiya sisteminə qoşulmuşuq və haqq ödəmişik. Hətta "Azərsu" ASC-dən "texniki şərt" də almışam. Hazırda isə iki aydır bizim kanalizasiya sularımız, demək olar ki, küçəyə axır" – deyə şikayətçi əlavə edib.

A.İsmayılov bildirib ki, məsələ ilə bağlı Xətai Rayon Su İdarəsinə və “Azərsu” ASC-nin qaynar xəttinə müraciət edib. Və hər dəfə "məsələyə baxılacaq" cavabını alıb.

© Sputnik / Irade JELILAqil İsmayılov
Aqil İsmayılov - Sputnik Azərbaycan
Aqil İsmayılov

Çarəsiz vəziyyətdə qalan iş adamları məsələ ilə bağlı Nizami Rayon 23-cü polis bölməsinə də müraciət ediblər.

Şikayətçilər sual ediblər ki, əgər kanalizasiya xətti bərpa edən şəxsə aiddirsə, “Azərsu” ASC-onlara niyə "texniki şərt" verib və 4 il müddətində xidmət haqqı alıb.

Məsələ ilə bağlı əvvəlcə kanalizasiya xəttini kəsdiyi deyilən Azər Bəxşəliyevlə əlaqə saxladıq. Bəxşəliyev bildirdi ki, kanalizasiya xəttini özü çəkdirdiyi üçün onun özünə məxsusdur: "Bütün xərclərini özüm çəkmişəm. Xətti yeniləyən zaman isə onlara müraciət etdim. Kimsə xərcə düşmək istəmədi. Bu xətt əvvəldən mənimdir. Əvvəllər həmin ərazidə bir yaşlı kişi var idi, kafe işlədirdi. Ona xəttə qoşulmağa icazə vermişdim. O da məndən xəbərsiz bu mağazalara xətt verib. Həmin mağazalar 10 ildir ki, mənim kanalizasiya xəttimdən istifadə ediblər”.

“Xətti yenilədim, təkcə traktora 1700 manat pul vermişəm. 150-200 metr xətti yenidən çəkmişəm. Xətti yeniləyəndə yaxın durmadıqları üçün onlara xəttə qoşulmağa icazə vermirəm. Kanalizasiya xətti mənimdir, “Azərsu”nun deyil. Təklif edirəm ki, “Azərsu”dan da gəlsinlər, mağaza sahibləri də və xəttin mənim olduğunu sübut edim” – deyə A.Baxşəliyev vurğuladı.

© Sputnik / Irade JELILXətai rayonu Babək prospekti 2334-cü məhəllədə olan hazırki vəziyyət
Xətai rayonu Babək prospekti 2334-cü məhəllədə olan hazırki vəziyyət - Sputnik Azərbaycan
Xətai rayonu Babək prospekti 2334-cü məhəllədə olan hazırki vəziyyət

Məsələ ilə bağlı məlumat almaq üçün Xətai Rayon Su İdarəsi ilə əlaqə saxladıq. Telefonumuza cavab verən şəxs özünü təqdim etmədən sualımızı dinlədi, "araşdıracağıq" — deyib dəstəyi asdı.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirdi ki, A.Bəxşəliyevlə qurumun əməkdaşları görüşüb: "O, qonşu mağazaların sahiblərinə bildirib ki, Babək prospektində su-kanalizasiya sistemi, yol yenilənir, kanalizasiya xətti tez-tez tutulur, yığılıb xətti genişləndirsinlər. Lakin mağaza sahibləri yaxın durmayıblar. Şəxs də öz vəsaiti hesabına həmin xətti bərpa edib. İndi də qonşuları həmin xəttə qoşulmağa qoymur. Bizim əməkdaşlarımız ona müraciət edib. O da icazə verməyəcəyini bildirib”.

A.Cəbrayıllı onu da qeyd etdi ki, hazırda Xətai Rayon Su İdarəsi hüquq mühafizə orqanlarına məktub hazırlayır: “Həmin qurumun iştirakı ilə şikayətçi şəxslərin xəttə qoşulması bərpa ediləcək. Yaxşı olar ki, vətəndaşlar özləri də hüquq mühafizə orqanlarına müraciət etsinlər. Çünki ərazidə kanalizasiya quyusuna qədər xətt bizimdir. Quyudan o tərəfə isə vətəndaşların öz xətləridir. Biz də müdaxilə edirik, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Və onların iştirakı ilə məsələnin həll edilməsi nəzərdə tutulur. Bu, sadəcə vətəndaş özbaşınalığıdır".

© Sputnik / Irade JELILXətai rayonu Babək prospekti 2334-cü məhəllədə olan hazırki vəziyyət
Xətai rayonu Babək prospekti 2334-cü məhəllədə olan hazırki vəziyyət - Sputnik Azərbaycan
Xətai rayonu Babək prospekti 2334-cü məhəllədə olan hazırki vəziyyət

Məsələyə hüquqşünas Səməd Vəkilov da aydınlıq gətirdi. Bildirdi ki, bu məsələ "Su təchizatı və tullantı suları haqqında" qanunun 34-cü maddəsi ilə tənzimlənir: “Həmin maddəyə görə, kanalizasiya müəssisələrinin əsas vəzifəsi tullantı sularının nəqli, təmizlənməsi, zərərsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılmasıdır. Həmçinin qurum ümumi istifadədə olan kanalizasiya qurğularının genişləndirilməsi və yenidən qurulmasını təmin etməli, onlara texniki xidmətlər göstərməlidir. Bununla yanaşı, məsul qurum kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmalı və əvvəlcədən qarşısını almaq üçün tədbirlər görməlidir”.

"Su təchizatı və tullantı suları haqqında qanuna əsasən, Kanalizasiya sistemlərinin fəaliyyətinə dövlət nəzarət edir. Bildiyiniz kimi, bu sahədə dövlət proqramlarını “Azərsu” ASC həyata keçirir" – hüquqşünas qeyd etdi.

Vəkilovun sözlərinə görə, bu, həm də istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. İstehlakçı hüquqlarını bu sahədə həyata keçirən orqan kimi “Azərsu” ASC kənar müdaxilənin qarşısını almalıdır.

Xəbər lenti
0