Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Karate millimiz yeni qızıllar üçün yollandı

© Photo : Karate FederasiyasıAzərbaycan karateçiləri Yeniyetmə və Gənclərin Avropa çempionatında
Azərbaycan karateçiləri Yeniyetmə və Gənclərin Avropa çempionatında - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniyanın paytaxtında mövsümün növbəti Karate1 Premyer Liqa turniri həm də Tokio 2020 Olimpiadasına lisenziya xalları qazandıran ilk rəsmi yarış olacaq

BAKI, 13 sentyabr — Sputnik. İsveçrənin Bazel şəhərində 31 ölkədən olan idmançılarının iştirakı ilə 9-cü nüfuzlu "Bazel Open Masters" turnirində 4 qızıl, 4 gümüş və 3 bürünc medalla yüksək nəticə göstərən karate üzrə milli komandamız, yarışdan sonra 10 günlük beynəlxalq təlim-məşqləri başa vurub.

Federasiyanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, turnirin və beynəlxalq təlim-məşqlərin təşkilatçısı, İsveçrə Şotokan Karate Do Federasiyasının prezidenti Zubeyir Şahinin dəvəti ilə bu ölkədə olan milli komandamız, Bazeldən birbaşa Berlinə — Dünya Karate Federasiyasının (WKF) Karate1 Premyer Liqa turnirinə yollanıb. İsveçrədə idmançılarımızla birgə olan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, eləcə də milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev, böyük məşqçi Qurban Tağıyev və heyət üzvləri, bütün xərcləri üzərinə götürməklə yüksək səviyyədə şərait yaradan Z.Şahinə təşəkkürünü bildirib.

Azərbaycan karateçiləri Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatını 3-cü yerdə başa vurublar - Sputnik Azərbaycan
İDMAN
Karate tariximizdə daha bir ilkə imza atıldı

Bir neçə ölkə idmançılarının qatıldığı beynəlxalq təlim-məşqlərin son günü Bazel şəhər baş idman təşkilatının rəsmiləri milli komandamızla görüş keçirib. Hazırlıq prosesini izləyən yerli rəsmi idman nümayəndələri, dünya şöhrətli Azərbaycan milli komandası ilə görüşdən məmnun qaldıqlarını bildirərək, idmançı və məşqçilərə xatirə hədiyyələri təqdim ediblər.

Karateçilər 12 sentyabrda Berlinə yola düşüblər. Almaniyanın paytaxtında mövsümün növbəti Karate1 Premyer Liqa turniri həm də Tokio 2020 Olimpiadasına lisenziya xalları qazandıran ilk rəsmi yarış olacaq. Mötəbər turnirdə Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə və Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Turqut Həsənov, Pənah Abdullayev, Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq) yer alıb. Milli komandanın məşqçilər heyətinə Rəşad Hüseynov və Denis Morozov da qatılacaq.

Onlardan başqa federasiyanın vitse-prezidenti Rəhman Hətəmov, baş katib MirHəsən Seyidov, baş hakim Cahangir Babayev və media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov Almaniyada mötəbər yarışa yollanıb.

Xəbər lenti
0