CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlavə buraxılış imtahanlarının nəticəsi açıqlandı

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər

BAKI, 12 sentyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də keçirilən əlavə buraxılış imtahanının nəticələrini açıqlayıb.

Mərkəzin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla tanış ola bilərlər.

Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

Qeyd edək ki, imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Şagirdlər Apelyasiya Komissiyasına 13 sentyabr tarixində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyası DİM-in Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında fəaliyyət göstərəcək (keçmiş Bakı Asiya Universitetinin binası).

Xəbər lenti
0