CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev orta məktəblərdə şəraitlə tanış olub

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev 227 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olarkən
Azərbaycan Prezidenti İlham Əliyev 227 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olarkən - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısına görülən işlər barədə məlumat verilib

BAKI, 12 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısına məktəbdə görülən yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilib.

© Official website of President of Azerbaijan RepublicBakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbin binası
Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbin binası - Sputnik Azərbaycan
Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbin binası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Səbail rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Dövlət başçısı Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub.

Dövlət başçısına liseydə görülən işlər barədə məlumat verilib.

Xəbər lenti
0