00:51 21 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Bakı beynəlxalq avtovağzalı

Sərnişinlərə rəsmi şəkildə xəbərdarlıq olundu

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
99 0 0

"Sərnişinlər həyatları üçün təhlükəli olan, avtonəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılmayan, sürücülərini reysqabağı tibbi müayinədən keçirməyən qanunsuz daşıyıcıların "xidmətləri"ndən istifadə etməsinlər"

BAKI, 11 sentyabr — Sputnik. Şəhərlərarası istiqamətdə sərnişin daşımalarının avtovağzallardan kənar həyata keçirilməsi qeyri-qanunidir.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəzarəti Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova bildirib.

Allahyarova qeyd edib ki, dövlət nəzarəti ilə təmin olunan, avtonəqliyyat vasitəsi hər gün texniki baxışdan və sürücüsü tibbi müayinədən keçən müntəzəm marşrut xətlərindən fərqli olaraq qeyri-qanuni daşımalarda qəza ehtimali yüksək olur:

“Sərnişinlərə xidmət göstərən, müntəzəm marşrut xətləri üzrə müəyyən edilən avtonəqliyyat vasitələri avtovağzallardan və avtostansiyalardan hərəkət edir.

Sərnişinlərimizə müraciət edərək bildiririk ki, həyatları üçün təhlükəli olan, avtonəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılmayan, sürücülərini reysqabağı tibbi müayinədən keçirməyən qanunsuz daşıyıcıların "xidmətləri"ndən istifadə etməsinlər! Belə hallarla rastlaşdıqları zaman, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) 012 566 52 58 şəhər nömrəsi ilə, səhifəmizin admin və redaktorları ilə və ya həmin daşıyıcılarla bağlı tədbirlərin görülməsinə dair səlahiyyətli qurumların qaynar xətləri ilə əlaqə saxlasınlar!”

DANX rəsmisi qeyd edib ki, qurum da öz növbəsində vətəndaşlardan daxil olan şikayətləri aidiyyatı üzrə yönəldəcək və bu kimi halların qarşısının alınması üçün tədbirlər görülməsinə dəstək olacaq.

Əlaqədar

Təyyarə gecikdi, pilot sərnişinlərə elə şey etdi ki...
Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb: Ölən və yaralananlar var - VİDEO
Bakıda sərnişinləri ölümlə hədələyən şəxs həbs edildi
Avtobus sürücüləri və sərnişinlərini ölümlə hədələyən şəxs saxlanılıb - VİDEO

Əsas mövzular