05:34 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Biləsuvar Gömrük Postu

Sərhəd-keçid məntəqəsində yaşanan süni əngəllər aradan qalxmağa başlayıb

© Sputnik / Rahim Zakiroğlu
CƏMİYYƏT
Qısa URL
8848 0 0

"Son təyinatlardan sonra sərhəd-keçid məntəqəsinin ərazisində, eləcə də gediş-gəlişdə vəziyyət dəyişməyə başladı"

BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan-İran sərhədində fəaliyyət göstərən Biləsuvar Gömrük Postunda əvvəllər yaşanan süni əngəllər aradan qalxmağa başlayıb. Son vaxtlar postdakı sərhəd-keçid məntəqəsində nəzərəçarpan müsbət dəyişikliklər baş verir.

Biləsuvar Gömrük Postu
© Sputnik / Rahim Zakiroğlu
Biləsuvar Gömrük Postu

Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə sözügedən sərhəd-keçid məntəqəsinin ətrafında ticarətlə məşğul olan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, bu dəyişikliklər həm Biləsuvar Gömrük Postuna, həm də Biləsuvar Sərhəd Postuna yeni rəis təyinatlarından sonra müşahidə edilməyə başlayıb.

"Son bir neçə ayda burada həm Dövlət Gömrük Komitəsi, həm də Dövlət Sərhəd Xidməti tərəfindən kadr dəyişiklikləri baş verib, gömrük və sərhəd postları yeni şəxslərə həvalə olunub. Hər iki təyinatdan sonra sərhəd-keçid məntəqəsinin ərazisində, eləcə də gediş-gəlişdə vəziyyət dəyişməyə başladı. Əvvəllər piyadaların və nəqliyyat vasitələrinin o yan-bu yana keçişində sıxıntılar yaşanırdı, vaxt itkisi və əsəb gərginliyi ortaya çıxırdı. İndi isə bu sahədə əməlli-başlı irəliləyiş hökm sürür" – deyə söhbətləşdiyimiz ticarətçilər bildiriblər.

Biləsuvar Gömrük Postu
© Sputnik / Rahim Zakiroğlu
Biləsuvar Gömrük Postu

Əməkdaşımız ərazidə olduğu zaman sərhəd-keçid məntəqəsindən ölkəmizə keçən Azərbaycan vətəndaşları və xarici turistlərlə də həmsöhbət olub. Məsələn, Naxçıvan Muxtar Respublikasının sakini Vüqar Quliyev deyib ki, o, bu gömrük postundan tez-tez istifadə edir.

"Son 15 ildə, ən azından 2 aydan 1 bu buraxılış məntəqəsindən keçirəm, həm üzü Azərbaycana, həm də İrana tərəf. Bildiyiniz kimi, Naxçıvan blokada şəraitindədir və Bakıya gəlmək üçün İran ərazisindən tranzit kimi istifadə etməyə məcburuq. Mən işimlə əlaqədar Bakı ilə Naxçıvan arasında intensiv gediş-gəliş edirəm. Açığı deyim, əvvəllər bu postda lazımsız yerə gözlədilirdik, əsassız yoxlamalar aparılırdı, camaat narazı düşürdü. Amma inanın ki, son iki dəfədir buradan keçirəm və gördüklərimə heyrətlənirəm. Burada xidmət səviyyəsi xeyli yüksəlib" – deyə V.Quliyev bildirib.

Qulaməli Abbasi adlı iranlı turist də Biləsuvar GP-də səyahətçilərə münasibətin əhəmiyyətli şəkildə dəyişdiyindən məmnunluq ifadə edib: "Son illər İrandan Azərbaycana gələn turistlərin sayı xeyli artıb. Mən özüm son 5 ildə hər yay mövsümünün sonlarında Azərbaycana gəlirəm, Bakıdan tutmuş rayonlaradək gəzirəm, təxminən 2 həftə qalıram burada. Bu səyahət çox maraqlıdır, insana xüsusi zövq verir, lakin sərhəd-keçid məntəqəsində canımızın boğazımıza yığılmasını çıxmaq şərti ilə".

"İndiyədək bu məntəqədə çox çətinliklərlə, süni maneələrlə üzləşmişik. Amma bu dəfə heç bir əngəllə üzləşmədik, həm avtomobilimizin sürücüsü, həm də biz piyadalar qətiyyən gözlədilmədən, qısa prosedur yoxlanışdan keçdikdən dərhal sonra Azərbaycan ərazisinə buraxıldıq. Gömrükçülər və sərhədçilər də çox nəzakətlə davrandılar bizimlə. Sözün həqiqi mənasında, görmədiyimiz mənzərə ilə üzləşdik. Bu cür nizam-intizam və xidmət mədəniyyətini yüksəldənlərdən biz razıyıq, Allah da razı olsun" – Q.Abbasi vurğulayıb.

Qeyd edək ki, Biləsuvar Gömrük Postu (BGP) Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş İdarəsinə tabedir. Əvvəllər Biləsuvar Gömrük Postu "Qoşatəpə" postu kimi tanınırdı.

Əlaqədar

Kartofa gömrük rüsumu 2 dəfə artırıldı
Gömrük müharibəsi gözlənilməz nəticələr verir
Dövlət Gömrük Komitəsi səs-küy yaratmış qərara aydınlıq gətirdi
Gömrük yığımları nə qədər artırıldı - Mövcud və artan qiymətlər
Novruz Məmmədovdan daha bir qərar: Gömrük yığımlarının məbləğləri dəyişdirildi
Gömrük Komitəsi "Sınıq Körpü” ilə bağlı məlumatlara aydınlıq gətirib
Teqlər:
Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, turist, Biləsuvar sərhəd-keçid məntəqəsi, dəyişiklik, süni əngəl, Biləsuvar Gömrük Postu, sərhəd, İran, Azərbaycan

Əsas mövzular