03:30 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Məhərrəm ayı başlayıb

Bu gündən etibarən Məhərrəm ayı başlayıb

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
792 0 0

Bu ayın 10-cü günü - Aşura sentyabrın 20-nə təsadüf edəcək

BAKI, 11 sentyabr — Sputnik. Hicri təqvimi ilə Məhərrəm ayı başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Miladi təqvimi ilə sentyabrın 11-i Məhərrəm ayının ilk günüdür.

Bu ayın 10-cü günü — Aşura sentyabrın 20-nə təsadüf edəcək. Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur.    

Əlaqədar

Müsəlman ölkəsində böyük fəlakət yaşanır, ölənlərin sayı 380 nəfəri keçib
Müsəlman ölkəsində böyük fəlakət yaşanır, ölənlərin sayı 142 nəfəri keçib
Müsəlman dünyasını sevindirəcək xəbər
Müsəlman dünyasında Ramazan ayını əks etdirən maraqlı fotolar
Müsəlman ulduz 450 minə kanalizasiya çəkdirir
Teqlər:
Səfər ayı, Məhərrəm ayı, Aşura, İmam Hüseyn

Əsas mövzular