CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində

Abunə olmaq
136 ölkənin yer aldığı hesabatda Azərbaycan ötən illə müqayisədə öz mövqeyini 5 pillə yaxşılaşdırıb

BAKI, 10 sentyabr — Sputnik. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu" reytinqində 53-ci yerdə qərarlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Global Firepower" təşkilatının yaydığı hesabatda bildirilir.

Ümumilikdə 136 ölkənin yer aldığı hesabatda Azərbaycan ötən illə müqayisədə öz mövqeyini 5 pillə yaxşılaşdırıb.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçirilən təntənəli hərbi parad. Arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur

Hesabata əsasən Azərbaycan Hərbi Hava Qüvvələrinin 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter (onlardan 17-si hücum helikopteridir), Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 Reaktiv Yaylım Atəşi Sistemi var.

Bildirilir ki, Azərbaycan ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər.

Qonşu Gürcüstan reytinqdə 82-ci, Ermənistan isə 84-ci pillədə qərarlaşıb.

İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə, Almaniya.

"Global Firepower Index" reytinqi dünyada ən məşhur və nüfuzlu reytinqi hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün "Global Firepower Index"in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

Xəbər lenti
0