23:06 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
676 0 0

Oqtay Şirəliyev çıxış edərək bildirib ki, səhiyyənin göstəricilərindən danışarkən ilk növbədə ana və uşaqların sağlamlığı önə çəkilir

BAKI, 10 sentyabr — Sputnik. Səhiyyə Nazirliyində Azərbaycan Respublikasında doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin 8 ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş kollegiya iclası keçirilib.

Sputnik Azərbaycan nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhiyyə Nazirliyin Kollegiya üzvləri, Doğuşayardım Xidmətinin təşkili xidmətinin baş mütəxəssisləri, Perinatal Mərkəzlərinin rəhbər və məsul şəxsləri, Doğum evlərinin rəhbərləri, mama-ginekoloqları, qadın məsləhətxanalarının baş həkimləri, ETİ Pediatriya İnstitutunun rəhbərliyi və s. səlahiyyətli şəxslər iştirak edib.

Respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova 2018-ci ilin 8 ayının hesabatı və nəzərdə tutulan layihələrin tətbiqi üçün təkliflər planı ilə çıxış edib.

Səhiyyə Nazirliyində kollegiya iclası. 10 sentyabr 2018-ci il
Səhiyyə Nazirliyində kollegiya iclası. 10 sentyabr 2018-ci il

Onun sözlərinə görə, 8 ay ərzində ümumi doğuşun 0,015% ölümlə nəticələnib. Ana ölümlərinə səbəb kəskin qan itirmə, ağciyər-ürək-damar çatışmamazlığı, anestizioloji qüsur olub.

Hər bir ana ölümü Doğuşayardım Komissiyası tərəfindən müzakirə olunub və müvafiq tədbirlər görülüb. İşlərində yol verdikləri nöqsanlara görə 11 tibb işçisi tutduğu vəzifəsindən azad edilib: 1 baş həkim,1 Regional Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən, 3 nəfər həkim mama-ginekoloq, 3 nəfər həkim anestizioloq-reanimatoloq, 1 nəfər həkim-cərrah, 2 nəfər orta tibb işçisi. Digərlərinə qarşı müxtəlif inzibati cəza tədbirləri görülüb və təkmilləşmə kurslarına göndərilib.

Daha sonra, 7 saylı Qadın Məsləhətxanasının baş həkimi Südabə İsmayılova, ETİ Pediatriya institutunun direktoru Nəsib Quliyev Respublikada doğuşayardım xidmətinin vəziyyəti, cari ilin 8 ayının hesabatı ilə çıxış ediblər və təkliflərini kollegiya iştirakçıların diqqətinə çatdırıblar.

Sonda səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək bildirib ki, səhiyyənin göstəricilərindən danışarkən ilk növbədə ana və uşaqların sağlamlığı önə çəkilir. Xoşagəlməz halların qarşısını vaxtından almaq üçün müxtəlif tədbirlər görülür, məlumatlar verilir. Lakin bütün bunlara baxmayaraq yenə də 18 min hamilə, qadın məsləhətxanasına müraciət etməyib. Bu çox böyük rəqəmdir və bu yolverilməzdir. Belə halların azaldılması üçün maarifləndirmə işləri gücləndirilməli, yeni layihələr və təkliflər irəli sürülməlidir.

Sonda nazir Doğum Evlərinin və Qadın Məsləhətxanalarının baş həkimlərinə müvafiq tapşırıqlar verib.

Teqlər:
tibb bacısı, həkim, doğum, Oqtay Şirəliyev, kollegiya iclası, Səhiyyə Nazirliyi

Əsas mövzular