03:10 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
53 0 0

Bu müraciət Sumqayıt "ASAN xidmət" mərkəzinə Cavadovlar ailəsi tərəfindən edilib

BAKI, 10 sentyabr — Sputnik. 10 sentyabr 2018-ci il tarixində "ASAN xidmət"ə 24 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu müraciət Sumqayıt "ASAN xidmət" mərkəzinə Cavadovlar ailəsi tərəfindən edilib.

Ailə Ədliyyə Nazirliyinin doğumun qeydə alınması xidmətinə müraciət edərək əkiz övladlarına doğum haqqında ilkin şəhadətnamə alıb. 24 milyonuncu müraciətin sahibləri kimi Nəsib və Nasir qardaşları təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, hazırda 13 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa, regionlarda 10 Səyyar "ASAN xidmət" avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Əlaqədar

Əhalinin nəzərinə: Səyyar "ASAN xidmət" səfərə çıxır
"ASAN xidmət"dən vətəndaşlara şad xəbər: Daha bir xidmət göstəriləcək
Qiyməti kimin və niyə qaldırdığı bəlli deyil: Bu, artıq ASAN olmadı ki...
"ASAN xidmət"də iki rekord
Mobil operatorların qiymət artırmasına cavab: "ASAN imza ləğv edilsin"
Səyyar "ASAN xidmət" iyulda bu rayonlarda olacaq
Teqlər:
"ASAN xidmət", vətəndaş, milyon, müraciət

Əsas mövzular