16:38 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Bənna, arxiv şəkli

Xəbəriniz olsun - Tikintiyə icazə verilməsi qaydaları dəyişdi

© AFP 2018 / Johannes EISELE
CƏMİYYƏT
Qısa URL
5086 0 0

Dəyişikliyə görə, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət etdiyi zaman torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti ilə yanaşı tikinti layihəsini də təqdim etməli olacaq

BAKI, 2 sentyabr — Sputnik. Nazirlər Kabinetinin "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları"nda dəyişiklik edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə görə, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət etdiyi zaman torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti ilə yanaşı tikinti layihəsini də təqdim etməli olacaq.

Həmçinin şəhərsalma əsaslandırılması bu Qaydaların 2-ci hissəsinin tələblərinə uyğun işlənilərək yerli icra hakimiyyəti orqanının, Bakı şəhərinin və digər şəhərlərin inzibati ərazisində isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq ediləcək.

Digər dəyişikliyə görə, şəhərsalma əsaslandırılması dörd nüsxədə işlənilməlidir. Bir nüsxə layihəçidə qalacaq, bir nüsxə sifarişçiyə veriləcək, digər nüsxələri isə tikintiyə icazə verən orqanda (qurumda) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində saxlanılacaq.

Teqlər:
dəyişiklik, qayda, icazə, baş nazir Novruz Məmmədov, tikinti, Nazirlər Kabineti

Əsas mövzular