09:58 18 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
77 0 0

Sabahdan "Bakmil" stansiyasında məhdudiyyət müvəqqəti götürülür

BAKI, 30 avqust — Sputnik. Sabahdan "Bakmil" stansiyasında məhdudiyyət müvəqqəti götürülür.

"Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət (iş günləri ərzində saat 8:20-dən 17:00-a qədər) avqust ayının 31-dən müvəqqəti olaraq tətbiq edilməyəcək.

"Təmir işlərinin xarakteri nəzərə alınaraq yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Sərnişinlərimizin marağ və təhlükəsizliyinin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq stansiyanın fəaliyyəti adi qaydada təmin ediləcək", — məlumatda bildirilib.

Yaxın günlər ərzində sərnişinlərimiz "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.

Məhdudiyyət bərpa olunarkən əvvəlcədən ictimaiyyətə geniş məlumat veriləcək.

Əsas mövzular