23:53 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Təcili yardım və polis avtomobilləri, arxiv şəkli

Bakıda sevgi faciəsi: Toyundan bir həftə əvvəl qarajda başqa qadınla öldü - FOTO

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
116410

Meyitlər tapılarkən avtomobilin kondisioneri işlək vəziyyətdə olub, cütlük də məhz maşının qazından ölüb

BAKI, 29 avqust — Sputnik. Bakıda sevgililər qarajda boğularaq ölüb.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.

Faciə baş vermir qaraj
Faciə baş vermir qaraj

Belə ki, ötən gecə beşmərtəbəli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb.

Avtomobil K.Əhədovaya məxsus olub.

Könül Əhədova və Elvin Zeynalovun meyiti tapılmış avtomobil
Könül Əhədova və Elvin Zeynalovun meyiti tapılmış avtomobil

Meyitlər tapılarkən avtomobilin kondisioneri işlək vəziyyətdə olub, cütlük də məhz maşının qazından ölüb.

Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Ehtimala görə onlar sevgili olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, sentyabrın 7-də E.Zeynalovun toy mərasimi olacaqdı.

Teqlər:
intim əlaqə, qaraj, ölüm, sevgili, qaz

Əsas mövzular