09:46 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Девушка в наручниках, фото из архива

Məşhur “Bibi” həbs edildi - FOTO

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
163 0 0

S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib

BAKI, 29 avqust — Sputnik. Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Sənubər Lütfəliyeva
© Foto: DİN mətbuat xidməti
Sənubər Lütfəliyeva

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a xəbər verir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan “midraks-tropikamin” aşkar olunaraq götürülüb. Saxlanılan şəxs heroini Nəsimi rayon “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan “bibi” ləqəbli şəxsdən aldığını bildirib.

Saxlanılan narkotacir
© Foto: DİN mətbuat xidməti
Saxlanılan narkotacir

Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini Sənubər Lütfəliyeva də saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin
© Foto: DİN mətbuat xidməti
Ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Teqlər:
narkotik vasitə, Nəsimi rayon Polis İdarəsi, satış, əməliyyat, həbs

Əsas mövzular