CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zaqatala sakini hər kəsin xəyalından keçəni reallığa çevirdi

© Sputnik / Shahperi AbbasovaTəkərlər üzərindəki ev
Təkərlər üzərindəki ev - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu maşını icarəyə götürmək üçün müraciət edənlər həddən artıqdır, amma mən razılaşmıram, bu evi ancaq ailəm üçün hazırlamışam"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 29 avqust — Sputnik. Zaqatala sakini Tərlan Hacımadayevin hazırladığı təkərlər üzərindəki ev hər kəsi heyrətləndirib. Tərlan Hacımadayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, o, bu işə 2 ay vaxt sərf edib.

© Sputnik / Shahperi AbbasovaTərlan Hacımadayev
Tərlan Hacımadayev - Sputnik Azərbaycan
Tərlan Hacımadayev

Mikroavtobusu lazımi avadanlıqlarla təchiz edən həmsöhbətimiz bununla da çoxdankı arzusunu reallaşdırdığını deyir: "Əvvəllər Rusiyada yaşamışam. Təqaüdə çıxdıqdan sonra belə bir maşın almaq istədim. Əslində, modul tipli maşın istəyirdim. Lakin sənəd məsələsində problem yarandı. Ona görə də bu maşını almaq qərarına gəldim".

"Rusiyada bu maşınlardan var idi. Lakin onları zavod hazırlayır, baha başa gəlir. Baxdım ki, bunu özüm də hazırlaya bilərəm. Bunu düzəltməyə, təxminən 40 min manat pul xərcləmişəm" — Hacımadayev bildirir.

Müsahibimizin hazırladığı səyyar evdə yaşayış üçün hər şərait var. O, bunu ailəsi üçün hazırladığını deyir: "Bu maşında 4 nəfər rahat şəkildə yaşaya bilər. Maşında hamam, tualet, soyuducu, su qızdırıcı, qaz və elektrik qızdırıcısı var. Bundan başqa, çarpayı, masa, soyuducu və Wi-Fi mövcuddur. Bir sözlə, yaşayış üçün nə lazımdırsa, bu maşında cəm olub".

"İstifadə olunan su arxada yerləşdirilmiş 400 litrlik çəndən əldə olunur. Ayrıca, tullantı çirkab sular üçün də əlavə 200 litrlik çən quraşdırmışam ki, ətraf mühit çirklənməsin" — deyə həmsöhbətimiz əlavə edir.

Qəhrəmanımız sərf olunan 220 volt elektrik enerjisinin maşına yerləşdirilmiş əlavə cihazdan əldə olunduğunu diqqətə çatdırır. Həmçinin, o, mikroavtobusun damına yaxın zamanlarda günəş enerjisi ilə işləyən panellər quraşdıracağını da bildirir.

© Sputnik / Shahperi AbbasovaMikroavtobusun içərisində hər bir şərait yaradılıb
Mikroavtobusun içərisində hər bir şərait yaradılıb  - Sputnik Azərbaycan
Mikroavtobusun içərisində hər bir şərait yaradılıb

Tərlan Hacımadayev əl əməyi ilə hazırladığı səyyar evini, artıq sınaqdan da keçirib: "Bu yaxınlarda Batumiyə getdik. Ailəliklə 10 gün istirahət edib gəldik. Ən böyük arzum Azərbaycanı qarış-qarış gəzməkdir. Ondan sonra dünya turuna çıxmağı planlaşdırıram".

"Bu maşını icarəyə götürmək üçün müraciət edənlər həddən artıqdır. Amma mən razılaşmıram. Bu evi ancaq ailəm üçün hazırlamışam, 2 qızım, yoldaşım və mən" — deyə rayon sakini vurğulayır.

Xəbər lenti
0