23:17 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Səyyar ASAN Xidmət. Arxiv şəkli

Əhalinin nəzərinə: Səyyar "ASAN xidmət" səfərə çıxır

© Photo: ASAN Xidmət
CƏMİYYƏT
Qısa URL
55 0 0

Səyyar "ASAN xidmət" 3 – 27 sentyabr Qazaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək

BAKI, 27 avqust — Sputnik. Səyyar ASAN xidmət 1 – 30 avqust Astarada, 3 – 22 sentyabr Neftçalada, 3 – 17 sentyabr Ələt, Şəmkir, Ceyranbatanda, 3 sentyabr – 2 oktyabr İmişli, Xaçmaz, Lənkəran, Ağcabədi, İsmayıllıda, 3 – 27 sentyabr Qazaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Teqlər:
dövlət, Səyyar ASAN xidmət, vətəndaş

Əsas mövzular