CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəlilabadda yola çıxan 3 yaşlı uşağı maşın vurub

© Sputnik / Rahim MuradovTəcili yardım avtomobili, arxiv şəkli
Təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

BAKI, 25 avqust — Sputnik. Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, rayonun 2015-ci il təvəllüdlü Qarağac kənd sakini Cəfərov Rza Zaur oğlunu şəhərin Silsilə adlanan ərazisində "Jiquli" markalı avtomobil vurub.

Üç yaşlı uşaq dərhal xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

İlkin məlumata görə, azyaşlının qəfil yola çıxması qəzaya səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0