15:49 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368
Limon ağacı

“Limon — beşi 1 manat” — Tarixə qovuşur

© Sputnik / Rahim Zakiroğlu
CƏMİYYƏT
Qısa URL
933210

“Məhsul az olduğu üçün qiymətinə də təsir edəcək”

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 24 avqust — Sputnik. Bu il bazarlarda yerli limon tapmaq müşkül olacaq. Çünki havanın quraqlıq keçməsi Astaranın sitrus bağlarına ciddi ziyan vurub. Astaralı fermerlər Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, bu il ötən illərə nisbətən 4-5 dəfə az məhsul toplayacaqlar.

Astarada limon ağacları
© Sputnik / Rahim Zakiroğlu
Astarada limon ağacları

Fermer Mahir Məmmədov deyib ki, bu il məhsul ötən ilkindən də azdır: “Bu il yağışların az yağması məhsuldarlığa öz təsirini göstərdi. Güclü istilər düşdüyünə görə məhsul yerə töküldü. Torpaqda nəmişlik oldu, bir tərəfdən də güclü istilər olduğuna görə limon ağaclarında məhsul töküldü. Buna görə də məhsuldarlıq azdır, demək olar ki, yox dərəcəsindədir”.

Həmsöhbətimiz qeyd edib ki, normal halda məhsuldar ağaclardan 200-300 ədəd limon götürülürdüsə, bu il ən çoxu 100-150 ədəd məhsul verə biləcək: “Bu ilki quraqlıq limonların kalibrinə də təsir edib və kiçik ölçüdədirlər. Çünki limonun böyümə dövrü quraqlıqların düşdüyü dövrə təsadüf elədi”.

Fermerin sözlərinə görə, məhsul azlığı qiymətlərə də böyük təsir edəcək: “Bu il məhsulun azlığı qiymətlərin bahalaşmasına səbəb olacaq. Limonun qiyməti ölçüsünə görə 70 qəpikdən 1 manat civarında dəyişəcək”.

Digər təsərrüfatçı Bəhruz Həbibov isə deyir ki, aprel ayında limon ağacları normal çiçəklənsə də, çiçəklər meyvələrə çevrilmə dövründə tökülməyə başlayıb. Bu da quraqlıqdan irəli gələn səbəbdir.

Limon ağacları
© Sputnik / Rahim Zakiroğlu
Limon ağacları

B.Həbibov yerli məhsulu bazara çıxara bilməmələrindən də gileylənib: “Biz öz yerli məhsullarımızı xarici bazarlarda, həmçinin öz bazarlarımızda sata bilmirik. Səbəb isə bazarlara xaricdən məhsulların çox gətirilməsidir”.

Teqlər:
sitrus, limon, quraqlıq, fermer, qiymət

Əsas mövzular