01:32 23 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Günəşli havada dəniz qırağında oturmuş qız, arxiv şəkli

Azərbaycanda yay havası davam edəcək

CC0 / sweetlouise / Girl
CƏMİYYƏT
Qısa URL
16901

Növbəti 2-3 gün ərzində havanın temperaturu Bakıda 28-33, bölgələrdə 31-36, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti təşkil edəcək

BAKI, 24 avqust — Sputnik. "Növbəti günlərdə Azərbaycan ərazisində hava şəraiti sabit keçəcək".

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, yaxın iki-üç gün ərzində ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin avqust ayının 25-də dağlıq ərazilərdə gecə və səhər saatlarında qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək".

G.Məmmədova qeyd edib ki, növbəti 2-3 gün ərzində havanın temperaturu Bakıda 28-33, bölgələrdə 31-36, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti təşkil edəcək.

Teqlər:
Gülşad Məmmədova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, temperatur, hava şəraiti

Əsas mövzular