08:53 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
“Ovçunun məsuliyyəti - ovçuluğun aparılması qaydaları” ekoloji təbliğat kampaniyası adlı layihə çərçivəsində növbəti tədbir

Ovçuluqla bağlı növbəti məlumatlandırma sessiyası keçirilib

© Sputnik / Musa Muradlı
CƏMİYYƏT
Qısa URL
43 0 0

Sonda tədbir iştirakçılarına buklet və kitabçalar paylanıb

BAKI, 24 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Ovçunun məsuliyyəti: ovçuluğun aparılması qaydaları" ekoloji təbliğat kampaniyası adlı layihə çərçivəsində Ekoloji İnformasiya İctimai Birliyi özünün növbəti tədbirini Bərdə rayonunda keçirib.

“Ovçunun məsuliyyəti - ovçuluğun aparılması qaydaları” ekoloji təbliğat kampaniyası adlı layihə çərçivəsində növbəti tədbir
© Sputnik / Musa Muradlı
“Ovçunun məsuliyyəti - ovçuluğun aparılması qaydaları” ekoloji təbliğat kampaniyası adlı layihə çərçivəsində növbəti tədbir

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, tədbiri giriş sözü ilə açan "Ekoloji İnformasiya" İB-nin sədri Musa Muradov bildirib ki, insanlar ətraf mühitə mütəmadi və kortəbii olaraq böyük ziyan vurur: "Canlı və vəhşi təbiətə qarşı laqeyd münasibət hökm sürür. Ölkə qanunvericiliyində isə ekoloji qanunvericilik mükəmməl baza rolunu oynamaqla təbiətə qarşı münasibətləri nizamlamaq imkanlarına malikdir. " Ovçunun məsuliyyəti: ovçuluğun aparılması qaydaları" ekoloji təbliğat layihəsinin də məqsədi  təbiətdən istifadə edərkən qanunlara istinad etməkdir".

Layihə haqqında məlumat verən Musa Muradov Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə " Ovçunun məsuliyyəti: ovçuluğun aparılması qaydaları" ekoloji təbliğat kampaniyasının aparıldığını vurğulayıb. O, vəhşi təbiətin reablitasiyası istiqamətində Heydər Əliyev Fondunun, Ümumdünya Təbiəti Mühafizə Fondunun və Leyla Əliyevanın rəhbəri olduğu İDEA İctimai Birliyinin əvəzsiz rolundan danışıb.

Musa Muradov layihə seçimi edərkən də məhz vəhşi təbiətə məxsus canlıların qorunması istiqamətində maarifləndirmə aksiyalarının həyata keçirilməsinə üstünlük verdiklərini qeyd edərək, belə tədbirlərin bundan sonra da davamlı olacağını deyib.

“Ovçunun məsuliyyəti - ovçuluğun aparılması qaydaları” ekoloji təbliğat kampaniyası adlı layihə çərçivəsində növbəti tədbir
© Sputnik / Musa Muradlı
“Ovçunun məsuliyyəti - ovçuluğun aparılması qaydaları” ekoloji təbliğat kampaniyası adlı layihə çərçivəsində növbəti tədbir

"Ekoloji İnformasiya" İB-nin sədr müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev biomüxtəlifliyin pozulması, ekoloji sistemin dağılması və nəticə etbarilə təbiətin özü-özünü tənzimləməsində yaranan problemlərdən danışıb. Təbiətə vurulan zərərə görə cərimə və qadağaların çıxış yolu olmadığını, bununla yanaşı ətraf mühitlə bağlı cəmiyyətdə maarifləndirici tədbirlərin keçirilməsinin vacib olduğunu bildirib. 

Layihə üzrə ekspert Rasim Zeynalov nəsli kəsilməkdə olan canlıların qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışaraq "Qırmızı kitab" haqqında geniş məlumat verib. Ovçuluğun aparılması qaydaları haqqında danışıb. Qeyd edib ki, ovçuluq təsərrüfatları ov etmək üçün bir çox yerlərdə yaradılıb. Ovçular qaydalar üzrə ov etmək hüququ qazanaraq həmin ərazilərdə ov edə bilərlər.

Sonda tədbir iştirakçılarına buklet və kitabçalar paylanıb.

Teqlər:
sessiya, ovçuluq, Bərdə rayonu, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası

Əsas mövzular