CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

I Pyotrun, Leninin portretləri, saz, patefon... – Turistlərin sehrləndiyi məkan

© Sputnik / Musa MuradliBərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası
Bərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası - Sputnik Azərbaycan
Abunə olmaq
Magistral yolun kənarında açılan mağazaya baxmadan keçmək mümkün deyil

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 23 avqust — Sputnik. Bərdə rayonunun Cəyirli kəndində yol kənarında qədimi əşyalar mağazası yerləşir. Şəhərlə buranın arasındakı məsafə o qədər də uzaq deyil. Qaçqın və məcburi köçkünlər üçün salınmış böyük qəsəbələrlə şəhərin arasında yerləşdiyini nəzərə alsaq, əhəmiyyətli yerdədir. Bərdədən Yevlaxa sarı, yaxud da əksinə hərəkət edən avtomobillərin yolunun üstüdür.

Ağsu rayonu Gəgəli kənd sakini Sahib Mirzəyevin həyətində aparılmış arxeoloji qazıntıların nəticəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ağsu rayonunda tapılmış tarixi abidədən çıxanlar hər kəsi heyrətləndirdi

Yol qırağındakı mağazanın vitrinlərini bəzəmiş samovarlar, güyümlər, ləyənlər, at yəhəri, xalçalar, xalılar, lap qədimi taxta araba təkəri və s. əşyalar baxanları, sözün əsl mənasında, heyrətə salır. Mağazanın içində də isə başqa aləm canlanır. Köhnə radiolar, musiqi alətləri, qarmon, saz, hələ üstəlik başqa xalqların mədəniyyətini tərənnüm edən balalayka da var.

I Pyotra, V.İ.Leninə məxsus portretləri də görürük bu əşyalar arasında. Bir sözlə, bu balaca məkan mədəniyyət, incəsənət anlamında qiymətli, əhəmiyyəti maraqlı və cəlbedicidir.

Mağazanın sahibi Sərdar Namazov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbəti zamanı deyir ki, qədim əşyaları sevdiyindən onun ticarətçisi olmaq qərarına gəlib. Əvvəllər bu işlə Bakının İçərişəhərində yerləşən bir mağazada məşğul olub. Sonralar ticarətini doğma kəndinə yaxın yerə köçürüb. Özü işlədiyi Cəyirli kəndinə yaxın Gərənə kəndində yaşayır. İki kənd arasındakı məsafə 1, ya 2 kilometr olar.

© Sputnik / Musa MuradliBərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası
Bərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası - Sputnik Azərbaycan
1/4
Bərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası
© Sputnik / Musa MuradliBərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası
Bərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası - Sputnik Azərbaycan
2/4

3/4
Bərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası
© Sputnik / Murad OrujovBərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası
Bərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası - Sputnik Azərbaycan
4/4
Bərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası
1/4
Bərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası
2/4
Bərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası
3/4
Bərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası
4/4
Bərdə rayonunun Cəyirli kəndində yerləşən qədim əşyalar mağazası

Sərdar Namazovla söhbət zamanı məlum olur ki, Bərdədə belə bir mağazanı açmaq fikri onda lap çoxdan yaranıb: “Bərdədə belə bir mağaza açmaq fikrim çoxdan var idi. Ancaq iki il bundan qabaq bu planımı reallaşdırdım. Burda mağazamıza maraq göstərənlər çoxdur. İstər rayona gələn turistlər, istərsə də yerli camaat mağazamıza həvəslə gəlirlər”.

“Mağazada satışa çıxarılan əşyaları, əsasən, kənd camaatı gətirir. Kimdə qədimi əşyalar varsa, gətirir, dəyərləndirib qiymət qoyuruq. Razılaşma yolu ilə alırıq” — deyə bildirir mağaza sahibi.

Qədimi əşyaların yaşından danışan Sərdar Namazov vurğulayır ki, burdakı əşyaların yaşı müxtəlifdir: “Əşya var ki, 80, əşya da var ki, 100 illikdir. Ən çox yaşı olan qədimi əşya isə Qazax xalçasıdır. 100-dən artıq yaşı var”.

Mağazadakı XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid olan köhnə radiolar, patefon maraqlı görünür. Elektrotexnikanın bu günündən dönüb geriyə baxanda indi bu əşyalar bizə çox qeyri-adi təsir bağışlayır. Keçmişdən bu günə qədər keçdiyimiz yolda yaranan bu qədər inkişafın arasında düşünməyə bilmirsən.

Витрины в супермаркете, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var?

Mağazada satılan qədimi əşyaların bir neçəsinin qiyməti ilə də tanış oluruq. Misdən hazırlanmış sərnic müştərilərə 50 manata, güyüm 80-90 manata, samovarlar isə 90-100 manata təklif olunur.

Həmsöhbətimiz vurğulayır ki, burda toplanan qədimi əşyaların 90 faizi yerlidir, Bərdəyə məxsusdur. Onu da öyrənirik ki, müştəriləri, əsasən xalqını, vətənini sevən adamlar olur: “Tarixi sevən adamlar evlərində bir guşə yaradır, tarixi əşyaları alıb aparır, həmin mötəbər yerlərə qoyurlar”.

Sərdar Namazovun mağaza ilə bağlı planları da var. O, bu işi ilə Azərbaycan tarixini təbliğ etdiyini düşünür. Deyir ki, gələcək nəsillər Azərbaycanın atributlarını tanımalı və sevməlidir.

Qədim tarixi keçmişə malik Bərdəyə gələnlər üçün belə bir mağazanın olması təqdirəlayiq haldır, desək yanılmarıq. Bərdəyə xoş əhval ruhiyyə ilə gələn turistlər indi bu maraqlı məkan sayəsində rayondan əlidolu qayıda bilirlər. Mağazadan ən azı, bir tarixi əşya alaraq özləri ilə aparmaq imkanları olur.

Xəbər lenti
0