10:18 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
875 0 0

Qurban bayramı ilə əlaqədar avqustun 22-si və 23-ü ölkədə qeyri-iş günüdür

BAKI, 22 avqust — Sputnik. Bu gün Azərbaycan Respublikasında Qurban bayramı qeyd olunur.

Bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınacaq. 

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoç, inək, dana və ya dəvə kəsilir. 

Qurban bayramı ilə əlaqədar avqustun 22-si və 23-ü ölkədə qeyri-iş günüdür. 

Qurban kəsilən heyvanın ətindən kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar.

Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı bir illik heyvan olmalıdır. Dananın iki, dəvənin isə beş yaşı tamam olsa, daha yaxşıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Əlaqədar

Qurban kəsən zaman özləri "qurban" oldu
Prezident: Azərbaycan xalqı Qurban bayramını əziz günlərindən biri kimi qoruyub
Komitə Qurban bayramı ilə bağlı iş adamlarına müraciət etdi
Qurban kəsiləcək yerlər və qiymətlər açıqlandı

Əsas mövzular