06:32 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
81 0 0

DİM ekspert Kamran Əsədovu məhkəməyə verəcək

BAKI, 16 avqust — Sputnik. "Abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması haqqındakı iddiası qəbul olunmur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması, lakin bu nəticə ilə ali məktəbə qəbul oluna bilməməsi barədəki iddialarına münasibət bildirərkən deyib.

O qeyd edib ki, mərkəzə nəticələrin saxtalaşdırılması ilə əlaqədar heç bir müraciət daxil olmayıb: "Həm valideyn, həm də abituriyentin kifayət qədər vaxtı olub ki, balların saxtalaşdırılıb-saxtalaşdırılmaması ilə bağlı məlumatları ictimaiyyətləşdirsin. Mərkəzin nüfuzuna zərbə vurduğu və yalan məlumat yaydığı üçün bu məlumatı sosial şəbəkələrdə paylaşan ekspert Kamran Əsədov da məhkəməyə veriləcək". 

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatı da yayılıb. Bəlumatda bildirilir:

"Dövlət İmtahan Mərkəzi ilk qurumlardandır ki, kütləvi proseslərin idarə olunmasında İKT-nin imkanlarından istifadə edir. Hər il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlarda təqribən 600 min nəfər iştirak edir. DİM, həmçinin əhaliyə elektron xidmətlər göstərən ilk təşkilatlardandır. Təkcə bir faktı qeyd etmək istəyirik ki, ötən il ərzində DİM-in göstərdiyi elektron xidmətlərdən 7 milyon 383 min, bu ilin iki rübü ərzində isə 5 milyon 319 min dəfə istifadə edilmişdir.

DİM öz fəaliyyəti ilə əlaqədar əldə etdiyi fərdi məlumatların "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühafizəsini təmin edir, hətta imtahanların təşkili və keçirilməsi dövründə qanun pozuntularına yol vermiş şəxslərin fərdi məlumatlarını açıqlamır. Bu məlumatlar hüquq mühafizə orqanlarına təqdim olunsa da, ictimailəşdirilmir.

Məlum olduğu kimi, bu gün sosial şəbəkələrdə və müxtəlif internet informasiya resurslarında bir abituriyentin ali təhsil müəssisələrinə yerləşdirmənin nəticəsi ilə bağlı elektron arayışının sürəti çıxarılmış ("screen" olunmuş) versiyası paylaşılıb. Qeyd edirik ki, həmin iş nömrəli abituriyent daha aşağı bal toplayıb və müsabiqədən keçməyib. Sadəcə olaraq imtahanın nəticəsi ilə bağlı olan arayış saxtalaşdırılaraq həmin namizədin yaz və yay imtahanlarında topladığı ballar daha yüksək qeyd olunub. Əslində isə abituriyentin balı aşağıdır. Bu saxta elektron arayış forması ilk olaraq özünü "təhsil eksperti" kimi təqdim edən bir nəfər tərəfindən yayımlanıb. Bunu isə çox təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələri DİM-ə müraciət etmədən, mötəbər olmayan informasiyanı DİM-lə dəqiqləşdirmədən ictimailəşdiriblər". 

Dövlət İmtahan Mərkəzi media nümayəndələrinə də müraciət edib: "KİV nümayəndələrinə bir daha müraciət edirik ki, DİM-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan bu tip məlumatları yaymasınlar və özləri də bilmədən yanlış informasiya ötürücüsünə çevrilməsinlər. Məlumat paylaşıldıqdan sonra deyil, öncə rəsmi qurumla əlaqə saxlanılması daha doğru olar".

O qeyd olunub ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə 44772 abituriyent iştirak edib və onlardan 39906 nəfər qəbul olub: "Təqribən 5074 plan yeri boş qalıb. Bu isə o deməkdir ki, abituriyentlər doğru seçim etsə idilər hər hansı bir ali təhsil müəssisəsinə qəbul ola bilərdilər. Qəbul ola bilməyən abituriyentlərin bəziləri və bu işdə müəyyən maraqları olan insanlar isə müxtəlif yollara əl atırlar və DİM-in nüfuzuna xələl gətirməyə cəhd edirlər".

"Xatırladırıq ki, DİM-in işgüzar nüfuzunu ləkələyən və bu cür məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi üçün DİM tərəfindən müvafiq addımlar atılacaqdır" — deyə vurğulanıb.

Əlaqədar

DİM II və III ixtisas qrupları üzrə imtahanların nəticələrini açıqladı
DİM abituriyentlərə və valideynlərə müraciət etdi
DİM-dən tələbələrə ingilis dilində təhsillə bağlı vacib xəbər
Abituriyentlər ehtiyatlı olmalıdırlar: DİM məlumat yaydı

Əsas mövzular