CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda işsizlərin sayı bilindi - RƏSMİ

© pixabay / Free-Photosİşsiz adam
İşsiz adam - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda məşğul və işsiz əhalinin sayı açıqlanıb

BAKI, 16 avqust — Sputnik. Azərbaycanda məşğul və işsiz əhalinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2018-ci il avqustun 1-i vəziyyətinə əsasən iqtisadi fəal əhalinin sayı 5120,8 min nəfər olub, onlardan 4869,2 min nəfərini məşğul əhali təşkil edib.

Bu ilin II rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilən və müddəti uzadılan iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2334 nəfər olub. Onlardan 33,3 faizi tikintidə, 30,2 faizi mədənçıxarma sənayesində, 8,6 faizi emal sənayesində, 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 3,6 faizi təhsil və 13,0 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olublar.

2018-ci ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148,0 saat təşkil edib.

© Karikaturaİşə qəbul
İşə qəbul - Sputnik Azərbaycan
İşə qəbul

Bu ilin avqustun ayının 1-i vəziyyətinə əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 36,1 min nəfər olub, onların 37,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 273,9 manat olub.

Xəbər lenti
0