CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyada azərbaycanlı biznesmeni öldürdülər

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidMoskvada təcili tibbi yardım maşını
Moskvada təcili tibbi yardım maşını - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlının milliyətcə gürcü olan Qurami adlı şəxs tərəfindən bıçaqlandığı bildirilir

BAKI, 15 avqust — Sputnik. Rusiyanın paytaxt Moskvada, Kalujskoe şossesi ərazisində azərbaycanlı iş adamı öldürülüb. Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, 1980-cı il təvəllüdlü Sadiq Qulu oğlu Qasımov bıçaqlanaraq qətlə yetirilib.

Moskva ətrafında yaşayan və xırda ticarətlə məşğul olan azərbaycanlının milliyyətcə gürcü olan Qurami adlı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Hadisənin tərəflər arasında baş verən mübahisə nəticəsində baş verdiyi deyilir.

Qeyd olunur ki, gürcü əsilli şəxs azərbaycanlı iş adamını bıçaqlayandan sonra qaçıb. Çoxlu qan itirən S.Qasımov isə hadisə yerində dünyasını dəyişib.

Xəbər lenti
0