CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Bakıda suyun verilməsində məhdudiyyət yaranacaq

© Sputnik / Murad OrujovMətbəxdə su kranı. Arxiv şəkli
Mətbəxdə su kranı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsi yüksəlib

BAKI, 15 avqust — Sputnik. Bu gün Bakının bir neçə rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsi yüksəlib. Bununla əlaqədar olaraq Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Xəbər lenti
0