CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik rəsmisi xəbərdarlıq etdi: Qurbanlıq qoyun seçərkən...

© Sputnik / Murad OrujovQurbanlıq qoyun
Qurbanlıq qoyun - Sputnik Azərbaycan
Abunə olmaq
Qurbanlıq heyvan satıcılarına damazlıq keyfiyyəti olan yerli və xaricdən gətirilmiş cins heyvanları qurbanlıq heyvan kimi bazara çıxarmaq tövsiyə edilmir.

BAKI, 14 avqust — Sputnik. "Biz nazirlik olaraq vətəndaşlara qurbanlıq heyvan seçərkən bir neçə amilə diqqət yetirməyi tövsiyə edirik".

Bu sözləri Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Asəf Ömərov deyib. O, bildirib ki, əvvəla, qoyunun sağlam olmasına dəlalət edən bir çox göstəricilər var: "Biz qurbanlıq qoyunun dərisinə, ayaqlarına, dırnaqlarına baxırıq ki, heç bir nöqsan olmasın. Əgər qoyun və ya qaramalın ağzından və ya gözlərindən selik axırsa, sallaq, büzüşmüş halda dayanıbsa, belə qoyunların alınmasını məqsədəuyğun hesab etmirik. Bundan əlavə heyvanın qulağında birka, yəni qulağında baytarlıq tədbirlərinin aparıldığını göstərən üçbucaq şəkilli düzgün kəsilmiş nişan olmalıdır. Əgər heyvanın buynuzunda fiziki zədə varsa, bu onun xəstə olmasına heç bir dəlalət etmir".

Qurbanlıq heyvan satıcılarına damazlıq keyfiyyəti olan yerli və xaricdən gətirilmiş cins heyvanları qurbanlıq heyvan kimi bazara çıxarmaq tövsiyə edilmir.

Xəbər lenti
0