22:52 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Körpə əli

Azərbaycanda daha bir körpə ölümü baş verib

CC0 / SeppH / Baby
CƏMİYYƏT
Qısa URL
69 0 0

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır

BAKI, 13 avgust — Sputnik. Dünən gecə Xaçmazda doğuş zamanı ölüm hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Xaçmaz Regional Perinatal Mərkəzində yaşanıb.

Belə ki, Xaçmaz şəhər sakini, 1996-cı il təvəllüdlü Veyisova Könül Nazim qızı mərkəzdə təcili doğuşa alınıb. Ancaq körpə doğuş zamanı ölüb. Hazırda ananın vəziyyəti də ağırdır. Məlumata görə, bu hamiləlik K.Veyisovanın ilk hamiləliyi olub.

Körpənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Teqlər:
doğuş, Xaçmaz, ölüm, körpə

Əsas mövzular